Siyasət

Qaradağın icra başçısı cəzalandırıldı

Qaradağın icra başçısı cəzalandırıldı
Qaradağın icra başçısı cəzalandırıldı
Tarix

Qaradağın icra başçısı cəzalandırıldı

Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə keçirilib.

"Report"un əldə etdiyi məlumata görə, müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.

Rayon icra hakimiyyəti başçıları qarşısında kollektiv mülkiyyətdə olan Mənzil Tikinti Kooperativlərinin binalarında və rayon qəsəbələrində şəhər strukturlarının köməyi ilə dezinfeksiya işinin təşkil olunması məsələsi qoyulub.

Müşavirə zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, dezinfeksiya tədbirləri bir neçə günlük nəzərdə tutulmayıb. Bu işlər davamlı xarakter daşımalı və hər bir qurum buna hazır olmalıdır. Eldar Əzizov bildirib ki, dövlət başçısının dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat, texnika və maliyyə təminatı baxımından heç bir problem yoxdur.

Müşavirə zamanı mart ayının 23-ü şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işlərinin aparılması ilə bağlı monitorinqlər aparıldığı bildirilib. Nəticələrdə şəhərin mərkəzində və mərkəzə bitişik ərazilərində qarşıya qoyulan vəzifələrin əsasən icra olunduğu qeyd olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu vurğulanıb.

Baxış sayı: 60