İqtisadiyyat

"Mağaza və apteklərin fəaliyyəti məhdudlaşdırılmayıb" - İqtisadiyyat Nazirliyi

"Mağaza və apteklərin fəaliyyəti məhdudlaşdırılmayıb" - İqtisadiyyat Nazirliyi
Tarix

"Mağaza və apteklərin fəaliyyəti məhdudlaşdırılmayıb" - İqtisadiyyat Nazirliyi

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanların olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bir ay müddətinə dayandırılıb.

“Report”un məlumatına görə, İqtisadiyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırıb ki, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər.

Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və “Mall”arın nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir.

Baxış sayı: 44