İdman

İspaniya La Liqasının bərpası yerli hökumətin qərarından asılı olacaq

İspaniya La Liqasının bərpası yerli hökumətin qərarından asılı olacaq
İspaniya La Liqasının bərpası yerli hökumətin qərarından asılı olacaq
Tarix

İspaniya La Liqasının bərpası yerli hökumətin qərarından asılı olacaq

İspaniya La Liqasında mövsümün bərpası yubadıla bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə La Liqa rəhbərliyi açıqlamasında bildirib.

Koronavirus pandemiyası ilə əlaqədar martın 12-də təxirə salınması qərara alınan daxili futbol yarışları yerli hökumətin qərarından asılı olacaq. Vurğulanıb ki, İspaniya hökuməti nə zaman "həyati təhlükə sovuşub" bəyanatını yaysa, onda çempionat bərpa ediləcək. Bu səbəbdən La Liqanın nə vaxt davam etdiriləcəyi ilə bağlı konkret tarix açıqlanmır.

Qeyd edək ki, İspaniya çempionatı XXVII tur matçlarından sonra dayandırılıb.

Baxış sayı: 31