Maraqlı

“Biz sizin üçün işdə qaldıq, siz bizim üçün evdə qalın!” - FOTO

“Biz sizin üçün işdə qaldıq, siz bizim üçün evdə qalın!” - FOTO
“Biz sizin üçün işdə qaldıq, siz bizim üçün evdə qalın!” - FOTO
Tarix

“Biz sizin üçün işdə qaldıq, siz bizim üçün evdə qalın!” - FOTO

Qaradağ rayonunda koronovirus “COVİD 19” infeksiyasına qarşı dezinfeksiya işləri bu gün də davam etdirilir. Bununla əlaqədar olaraq, Qaradağ rayonunda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması üçün müvafiq addımlar atılmışdır.

Qaradağ rayonunda koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə hər gün yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısı, parklarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Həmçinin gündəlik olaraq məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydaçalarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma işləri aparılır. Küçə və prospektlər xüsusi olaraq dezinfeksiya məhlulları ilə yuyulur.

Bundan əlavə yaşlı nəslin qorunması üçün tənha və aztəminatlı təqaüddə olan sakinlərə spirt və maskalar bütün qəsəbələrdə paylanılmışdır. Bütün sakinlərə maksimum dərəcədə evdən çölə çıxma saylarının minimuma endirilməsi, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilir.

Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə koronavirus (COVID-19) infeksiyasından qorunmaq üçün və sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatlar hazırlanmış və rayonun bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asılmışdır.

Baxış sayı: 103