Siyasət

"İŞÇİLƏRİN İXTİSARI və İŞDƏN ÇIXARILMASI YOLVERİLMƏZDİR!" - Sahil Babayev işəgötürənlərlə xəbərdarlıq etdi

"İŞÇİLƏRİN İXTİSARI və İŞDƏN ÇIXARILMASI YOLVERİLMƏZDİR!" - Sahil Babayev işəgötürənlərlə xəbərdarlıq etdi
Tarix

"İŞÇİLƏRİN İXTİSARI və İŞDƏN ÇIXARILMASI YOLVERİLMƏZDİR!" - Sahil Babayev işəgötürənlərlə xəbərdarlıq etdi

Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, S.Babayev qeyd olunan pandemiyanın qarşısının alınması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan, əhalinin infeksiyadan qorunmasına, habelə dünya iqtisadiyyatına ciddi zərbə vuran bu virusun milli iqtisadiyyata mənfi təsirlərinin azaldılmasına yönələn kompleks tədbirləri diqqətə çatdırıb. O, bu tədbirlərin əsas prioritetlərindən birinin pandemiyanın milli iqtisadiyyata ehtimal edilən mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli olduğunu vurğulayıb.

İclasda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planının layihəsi müzakirə olunub. Eyni zamanda, işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb, bu məqsədlə fəaliyyət mexanizmlərinin geniş müzakirəsi aparılıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından işəgötürənlərin nəzərinə bildirişin çatdırılması qərara alınıb.

Bildirişdə deyilir: “Koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması, eyni zamanda, milli iqtisadiyyata, əmək bazarına və əhalinin məşğulluğuna, özəl sektora zərərlərinin minimallaşdırılması üçün Azərbaycan dövləti kompleks və məqsədyönlü tədbirlər həyata keçirir.

Baxış sayı: 60