Formula 1 ərəfəsində Azərbaycan turizm sektorunda inqilab: RobiGuide

09be7acf-b0ae-4000-9cb0-8d207cf40d54Son statisik məlumatlara görə (UNWTO World Tourism Barometer) dünya üzrə

turistlərin sayı 2014 ildən bu yana 7-10 % artıb. Azərbaycan Respublikasının

Dövlət Statistika Komitəsinin verdiyi son məlumata görə isə ölkəmizə hər il orta

hesabla 2,5 milyon turist gəlir. 2003-2013- cü illər ərzində Azərbaycanda əsas

turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya

yüksəlib. Bütün bu faktlar turizm sahəsində inilabi bir layihənin - “Robie

Guide”ın meydana çıxmasına zəmin yaratdı.

Robie Guide - elektron bələdçisi nəinki Azərbaycan bazarında, o cümlədən qlobal

bazarda turizm sahəsində yeni tendensiyaları təmsil edir. RobiGuide layihəsinin

unikallığı ondan ibarətdir ki, bu layihə paytaxtın yalnız üzdə olan hissələrini əhatə

etməyəcək. Yəni, təkcə Bakının İçəri Şəhəri deyil, bütün Bakını və daha sonra

bütün Azərbaycanı əhatə edəcək.

RobiGuide bütün tarixi abidələr, binalar, restoranlar, əyləncə mərkəzkəri, ofislər və

s. barədə ətraflı məlumatı səsli (audio) və yazılı şəkildə istifadəçiyə təqdim edəcək.

Məlumatlar istifadəçinin istəyindən aslı olaraq 3 dildə- Azərbaycan, Rus və İngilis

dillərində təqdim olunacaq. Bundan əlavə, istifadəçilər xüsusi proqram vasitəsilə

ətrafda olan əyləncə və istirahət mərkəzləri, otellər, ofislər, tarixi abidələr,

restoranlar, menyular, onların qiymətləri və s. barəsində məlumatlar da əldə

edəcəklər.

Layihə çərçivəsində ilk olaraq, Android əməliyyat sistemi istifadəçiləri üçün

mobil tətbiq hazırlanıb. Daha sonra iOS və Windows Phone istifadəçiləri üçün də

xüsusi proqramların yazılması nəzərdə tutulub. Proqram Microsoft sistemi

üzərində, Google Map və E-gov API-ləri üzərindən də istifadə ediləcək.

http://robiguide.com

Layihə rəhbəri Namət Məmmədzadənin sözlərinə görə “RobiGuide”ı öz-

özlüyündə virtual personaja çevrirmək niyyətindədirlər: “Azərbaycan bazarında

rəqibimiz yoxdur. Bizim layihənin innovativliyi ondadır ki, ölkəyə gələn turistlərin

artıq turizm agentliklərinə müraciət etməklərinə ehtiyac qalmır. Artıq bələdçiyə

pul ödəməyə ehtiyac yoxdur. Turist (və ya yerli əhali) bizim proqramı mobil

telefona yükləyir. Şəhərə çıxdığı zaman istəyindən aslı olaraq özü axtarıb filtirləyib

istiqamət seçə və ya onun telefonuna məlumat gəlir”.

Layihə turistlərin işini asanlaşdırmaqla yanaşı, əsas məqsəd olaraq Azərbaycanı

tanıtmaq və ölkədə turzimin səviyyəsini qaldırmağa xidmət edəcək: “Son illər

ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər də turist axınına təkan verir.

Bunların davamı olaraq Şahmat Olimpiadasını, cari ilin yay aylarında keçiriləcək

“Formula 1” Avropa Qran-pri yarışlarını qeyd etmək olar. Biz bu layihə vasitəsilə

ölkəyə gələn tursitlərin rahatlığını təmin etməklə yanaşı, həm də ölkəmizin

füsünkar təbiətinin, tarixi abidələrinin, müasir və gözoxşayan tikililərinin

təbliğatına da yardımçı olmaq niyyətindəyik” – deyə N.Məmmədzadə bildirib.

İlkin mərhələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində

İnformasiya Texnologiyalarının İnkişafı Fondunun maliyə dəstəyi ilə təqdim

olunan layihənin gələcəkdə xarici ölkələrdə də icrası planlaşdırılır. Artıq bununla

bağlı Türkiyə, Gürcüstan və Qazaxıstanla danışıqlar aparılır.


Xəbər 1180 dəfə oxunub | Tarix: 2016-05-03
Reklam
Reklam
Reklam