ELSA Azərbaycan Maltada keçirilmiş ELSA Day mükafatının qalibi olub

10641266 655160371266845_4574133560711563305_nELSA Azərbaycan Maltada keçirilmiş 69-cu Beynəlxalq Şura Toplantısında Avropa

Şurası tərəfindən təsis edilmiş və il ərzində insan hüquqlarının təbliği sahəsində keçirilən ən

yaxşı tədbirə görə verilən ELSA Day mükafatının qalibi olub. ELSA Azərbaycanın təşkil etdiyi

Orange Movie Festival qısametrajlı film müsabiqəsi keçirilən digər 150 tədbir arasında birinci

yerə layiq görülüb. Mükafatı təşkilatın Prezidenti Faiq Ömərov Avropa Şurasının İctimai

Əlaqələr üzrə Attaşesi xanım Barbara Orkwiszewska-dan qəbul edib. ELSA Beynəlxalq İdarə

Heyətinin Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti Antonia Markoviti bildirib: "Bu il gender

bərabərliyi mövzusunda keçirilən tədbirlərin çoxluğu bizi xoş mənada təəccübləndirdi. Tədbirlər

arasında qalibi seçmək bizim üçün çətin idi. Ancaq, ELSA Azərbaycanın çoxtərəfli tədbiri bizi

əmin etdi ki Gender Bərabərliyi barədə maarifləndirmə ancaq hüquqi bilik, incəsənət, media və

çoxsaylı gənclərin iştirakı ilə mümkün ola bilər. ELSA Azərbaycanı ürəkdən təbrik edirik!"

Qeyd edək ki, 25 noyabr tarixində ELSA Azərbaycan tərəfindən The Orange Movie

Festival qısametrajlı film müsabiqəsi keçirilmişdi. ELSA Day hər il Noyabr ayının 25-i qeyd

olunur və bugün ELSA-nın Avropanın 43 ölkəsində olan milli və lokal nümayəndəlikləri insan

hüquqlarının təbliği ilə bağlı tədbirlər həyata keçirirlər. 2015-ci il üçün seçilən mövzu Gender

Bərabərliyi idi. ELSA Azərbaycanın keçirdiyi layihə 2 aylıq bir müddəti əhatə etmiş və 2

mərhələdən ibarət olmuşdur. Birinci mərhələdə iştirakçılar Gender Bərabərliyi mövzusunda

təlimlərdə iştirak etmişlər. İkinci mərhələdə mövzu çərçivəsində hazırlanan videolar təşkilat

komitəsi tərəfindən qəbul edilmiş, qiymətləndirilmiş və keçirilən tədbirdə geniş auditoriyaya

təqdim olunmuşdur. Tədbirdə 12 film yarışmış, ümumilikdə isə 120 nəfər tamaşaçı iştirak

etmişdir. Elvira Velehovanın “Çünki sən qadınsan” filmi birinci, Aydan Ağazadənin “S(He)”

filmi ikinci, Cavid Məhyəddinovun “Woman in frame” filmi isə üçüncü yeri tutmuşdur.

2378d069-3f0c-4e17-9cc6-db34bed41fe2ELSA Avropanın 43 ölkəsində fəaliyyət göstərir və 210 universitetdə təhsil alan 40

mindən artıq gənc hüquqşünası özündə birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas

tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsi və cəmiyyətin inkişafında

onların fəal iştirakının təşviq edilməsidir. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına

üzv olub. ELSA Azərbaycan hazırda təşkilatın ən fəal üzvlərindən biridir.


Xəbər 1087 dəfə oxunub | Tarix: 2016-05-03
Reklam
Reklam
Reklam