21.02.2012 | Baxış sayı: 368
Sizləri ASR Konsaltinq və Araşdırma Qrupu-nun 25 Fevral tarixində təşkil etdiyi "İnsan Resurslarının (HR) İdarə edilməsi - funksiyaları və Azərbaycan müəssisələrində İRİ-nin mövcud vəziyyətə baxış" mövzusunda təlimdə iştirak etməyə dəvət edirik.
Təlimin tərkibi...
• Menecment və müəssisənin funksiyaları
• İRİ (HRM) haqqında əsas anlayışlar
• İRİ-nin funksiyaları və digər departamentlərlə əlaqəsi
• İRİ və struktur bölmələr, fəaliyyət formaları və işləmə mexanizmi
• Azərbaycanda İRİ-nin müəssisədə tətbiq forması və mövcud çatışmazlıqlar
• İRİ-nin zəif inkişaf etdiyi müəssisələrdə ən çox üzləşilən problem və nəticələri
Təlimin məqsədi...
İnsan resurslarının idarəedilməsi barədə əsas anlayışlarla yanaşı onun funksiyalarının müəssisədə oynadığı rol, HR fəaliyyəti əsasında müəssisənin necə rəqabətqabililiyyətli müəssisəyə çevrilməsində İRİ-nın təmin edəcəyi rolla yanaşı, praktiki yerli şirkət misalında müxtəlif HR struktur bölmələrin qarşılıqlı əlaqəsi və əhəmiyyəti, fəaliyyətlərinin icrası forması ilə yanaşı HR struktur fəaliyyəti olmayan və ya zəif olan müəssisələrimizdə qarşılaşılan problemlər, qaynaqlanma səbəbi və həlli yolları iştirakçılara zəruri nəzəri bilgilərlə yanaşı praktiki biliklər verməkdir.
Gözlənilən nəticələr...
İştirakçılar insan resurslarının idarə edilməsinin müəssisədə oynadığı rolu, onu təşkil edən funksiyaları, digər departamentlər üçün əhəmiyyəti ilə yanaşı, Azərbaycan şirkəti misalında zəruru biliklər öyrənməklə yanaşı artıq İRİ-yə müəssisənin aparıcı bir funksional bölmə kimi baxacaq və bu sahə barədə ilkin olaraq qısa zamanda zəruri biliklər öyrənəcək və müəssisələrdə şirkətin strateji əhəmiyyətin nə olduğunu öyrənəcək və artıq bu konyekturda düşünəcəklər.
Gözləntiləriniz: Təlim barədə məmnunluğunuzu təmin etmək üçün təlim mövzusu üzrə gözləntiləriz (sual və ya təkliflərinizi)i qeydiyyatdan keçərkən qeyd edə bilərsiniz.
Təlim ödənişlidir !
Qiymət :20 AZN (güzəştli)
Təlim iştirakçılarına şirkətimizin sertifikatı təqdim ediləcək
İştirakçılar : Şirkət nümayəndələri və digər maraqlı olan şəxslər
25 Fevral
Saat 15:00
Fasilə: Çay-kofe və şirniyyat fasiləsi
Qeyd: İştirakçıların təlimi nə dərəcə mənimsədiklərini qiymətləndirə bilmələri üçün təlimin sonunda hörmətli iştirakçılarımıza test təqdim ediləcəkdir.
Təlimin müddəti
2 saat 30 dəq – 3 saat
Təlimin dili
Azərbaycan dili
Təlim interaktiv üsulla keçiriləcəkdir.
Təlimçi: ASR Qrupun Kadr hazırlığı və təlimlər departamentinin rəhbəri və HR üzrə aparıcı mütəxəssis Orxan İsayev tərəfindən aparılacaqdır.
Qeydiyyat !!!
Təlimə qeydiyyatdan keçmək üçün aşağıda göstərilən nömrələrə zəng etməyiniz tələb olunur.
ASR Konsaltinq və Araşdırma Qrupu MMC
Təlimin keçirilmə yeri
Rəşid Behbudov küç, 25. 1-ci mərtəbə (Mərkəzi Bank- Kapital Bankın yaxınlığnda)
Əlaqə vasitələri: (012) 595 13 37
Mob: (055) 205 08 18 (Elmir Səlimov, Təlimlər üzrə kordinator)
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Elektron ünvan: www.asrgroup.az ; www.asrkadr.az
Paylashmaq