21.02.2012 | Baxış sayı: 224
15 fevral 2012-ci ildə etibarən "Gənc Mühasiblər" İctimai Birliyi (GMB) Azərbaycan fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına (QHT) illik maliyyə hesabatlarının hazırlanmasına dair pulsuz yardım göstərəcək. Bu layihə USAİD-in maliyyə dəstəyi ilə Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin icra etdiyi Hüquqi Mühitin Yaxşılaşdırılması Layihəsi (LEEP) çərçivəsində həyata keçirilir.
Eyni zamanda 15 fevral – 15 iyun tarixlərində QHT qanunvericiliyinə dair qaynar xətt fəaliyyət göstərəcək (012 5110611). QHT-lər hüquqla əlaqədar suallara bu xidmət vasitəsi ilə cavab tapa bilərlər.
Xatırladaq ki, QHT-lər illik maliyyə hesabatını 1 aprel 2012-ci il tarixinədək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Hesabatların təqdim edilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən 1500-2000 azn miqdarında cərimə nəzərdə tutulub.
Hesabatların doldurulmasına dair yardım aşağıdakı ünvanda göstərilir:
Ünvan: Bakı ş., Arif Heydərov küç. 16 m. 36.
(Nərimanov məhkəməsinin yanı)
Tel: 012 5110611
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Paylashmaq