"Konstitusiya Məhkəməsində icraat: Konstitusiya Məhkəməsinə şikayətlərin verilməsi qaydaları" mövzusunda iki günlük təlim

20.02.2012  |   Baxış sayı: 161


aba-ceeliAmerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Bakı Ofisi İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün "Konstitusiya Məhkəməsində icraat: Konstitusiya Məhkəməsinə şikayətlərin verilməsi qaydaları" mövzusunda iki günlük təlim təşkil edəcək.

Təlim 25-26 fevral 2012-ci il tarixlərdə saat 10:00-dan 17:00-dək ATROPAT otelin konfrans zalında keçiriləcək. (Ünvan: Bakı şəhəri, İçəri şəhər, Maqomayev küçəsi 11-13; BP Enterprise Mərkəzinin yanı). 

Təlimin eksperti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərovdur.

Təlimin əsas məqsədi vəkillərdə Konstitusiya Məhkəməsinə şikayətlərin və digər sənədlərin hazırlanması, verilməsi və məhkəmədə çıxışla bağlı vərdişlərin və bacarıqların formalaşmasına və inkişafına yardım etməkdir.

Təlimi uğurla bitirən vəkillərə sertifikatlar təqdim olunacaq.

Təlimdə iştirak barədə niyyətinizi (və ya CV) 23 fevral 2012-cu il, saat 18:00-dək elektron poçtla ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) və ya ABA CEELİ-nin Bakı Ofisinə zəng vurmaqla (tel.: 447 38 18; 497 87 69) bildirə bilərsiniz. Təlimə seçilən iştirakçıların siyahısı 24 fevralda e-mail vasitəsilə açıqlanacaq.

Ətraflı məlumat almaq üçün ABA CEELİ-nin Bakı ofisi ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə: Nurlana Əliyeva, ABACEELI-nin İnsan Hüquqları Proqramı üzrə hüquqşünası.

Paylashmaq