01.02.2012 | Baxış sayı: 240
Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Bakı Ofisi İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün "Avropa Məhkəməsində şikayətlərə baxılması: Çəkişmə sənədləri" mövzusunda iki günlük təlim təşkil edəcək.
Təlim 11-12 fevral 2012-ci il tarixlərdə saat 10:00-dan 17:00-dək keçiriləcək. Təlimin keçirilmə yeri barədə iştirakçılara əlavə məlumat veriləcək.
Təlimin ekspertləri İntiqam Əliyev və Ənnağı Hacıbəylidir.
Təlimin əsas məqsədi vəkillərdə Avropa Məhkəməsinə şikayətlərin, o cümlədən kommunikasiya sənədlərinin (hökumətin etirazı ilə bağlı mülahizələrin, kompensasiya tələbi ilə bağlı və s.) hazırlanması ilə bağlı vərdişlərin və bacarıqların formalaşmasına və inkişafına yardım etməkdir.
Təlimi uğurla bitirən vəkillərə sertifikatlar təqdim olunacaq.
Təlimdə iştirak barədə niyyətinizi 09 fevral 2012-cu il, saat 18:00-dək elektron poçtla ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) və ya ABA CEELİ-nin Bakı Ofisinə zəng vurmaqla (tel.: 447 38 18; 497 87 69) bildirə bilərsiniz.
Ətraflı məlumat almaq üçün ABA CEELİ-nin Bakı ofisi ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə: Nurlana Əliyeva, ABACEELI-nin İnsan Hüquqları Proqramı üzrə hüquqşünası.
Paylashmaq