BEYNƏLXALQ İNSAN HÜQUQLARI üzrə Distansion təhsil kursu

01.02.2012  |   Baxış sayı: 330

Human Right House NetworkBeynəlxalq insan haqları üzrə bilgi və təcrübəsini artırmaq istəyən hüquqçuların (vəkillərin) nəzərinə.

BEYNƏLXALQ İNSAN HÜQUQLARI üzrə Kurs:

· Distansion təhsil (internet vasitəsi ilə)

· Dərin, davamlı və sistemli təhsil

· Ödənişsiz təhsil

· Beynəlxalq İnsan Hüquqları mövzusu (İnsan haqları, onların müdafiəsinin önəmli mexanizmləri - Avropa Konvensiyası, BMT-nin müvafiq konvensiyaları, milli konstitusiya mexanizmləri)

· Təcrübə yönümlü təhsil (tədris və imtahan materialları yalnız nəzəri bilgi deyil, bilginin tətbiq edilməsi vərdişlərini öyrədir)

· Milli ekspert Fuad Ağayevin dəstəyi (təhsil və təhsildən sonrakı dövrdə milli ekspert iştirakçılarla nəzəri və praktiki hüquqi məsələlərlə bağlı əməkdaşlıq/yardım edir)

· Beynəlxalq ekspertlərin tövhəsi (akademiklər və insan haqlarının müdafiəsi sahəsində praktiki fəaliyyət göstərən ekspertlər kursda tədris edir)

· Təhsili uğurla başa vuran məzunlara insan haqları sahəsində praktiki fəaliyyət üçün dəstək (məzunlara strateji məhkəmə isləri, insan haqlarının müdafiəsi ilə bağlı diger layihələr həyata keçirmək üçün maliyyə və digər dəstək)

· 5 ölkədən (Azərbaycan, Belorusiya, Rusiya, Ukrayna, Moldova) 125 vəkil və hüquqçunu əhatə edən şəbəkə

· Yerli və beynəlxalq hüquq mudafiə təşkilatları, ekspertlərlə tanışlıq və əməkdaşlıq imkanı

· Uğurlu təhsil alanların layihə çərçivəsində xaricdə keçirilən konfrans(lar)da ödənişsiz iştirak imkanı

· Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbərliyi (layihənin Azərbaycan üzrə icrasına nəzarət edir)

Kursa müraciət üçün online ərizə doldurulur: https://docs.google.com/spreadsheet/viewform?hl=ru&formkey=dGY2UmlUUVNLT1B4Mi1Ra0x1YnF3d3c6MA#gid=0

Kursun dili: rus dili

Müraciət üçün son tarix: 5 fevral 2012, 23:59

Kursun proqramı: http://humanrightshouse.org/Articles/17458.html

Proqramin şərtləri barədə ətraflı bilgi: http://humanrightshouse.org/Articles/17459.html

Kursla bağlı sual, şərh və müvafiq sənədlərin göndərilməsi üçün emai: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Kursun təşkilatçıları/icraçıları: İnsan Haqları Evləri Şəbəkəsi (Norveç), Hüquq Maarifçiliyi Cəmiyyəti (Azərbaycan üzrə icraçı təşkilat). Kurs proqramını Avropa Humanitar Universiteti (Vilnius, Litva) sertifikatlaşdırır və kursu uğurla bitirənlərə sertifikat verilir.

Kursun təşkilində məqsəd Azərbaycanda huquqşünasların insan huquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri sahəsində bilik və bacarıqlarının təkmilləşməsinə şərait yaratmaqdır.

 

Paylashmaq