27.01.2012 | Baxış sayı: 286
Azərbaycan Uşaqlar Birliyi "Deməyə sözümüz var" - Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti – Layihəsi təqdim edir:
"Yeni Media və Foto jurnalistika" mövzusunda Təlim kursu
01-07 Aprel 2012-ci il; Bakı, Azərbaycan
MƏLUMAT
Ərizələrin son qəbulu tarixi 5 Mart, 2012-ci il
Layihə haqqında
Azərbaycan Uşaqlar birliyi – İREX Azərbaycan Beynəlxalq Təşkilatının maliyyə dəstəyi ilə, "Deməyə sözümüz var" - Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti – Layihəsini həyata keçirir. Layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artıqmaq və onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökümət təşkilatlarına çatdırmağa kömək etməkdir.
Layihə "Gəncliyin Şöləsi" Gənclərin inkişafı İctimai Birliyi, "Gələcəyə Körpü" İctimai Birliyi və "Dünyaya Pəncərə" Biləsuvar Gənclər Təşkilatı ilə birgə həyata keçirilir.
Eyni zamanda, Layihənin icrası zamanı Save the Children (Uşaqların Xilası) Təşkilatının Uşaqların İştirakçılığı üzrə Regional Fəaliyyət Proqramı və "TİSA" Beynəlxalq Məktəbi ilə sıx əməkdaşlıq ediləcəkdir.
Azərbaycan Uşaqlar Birliyi Deməyə sözümüz var" - Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti – Layihəsi çərçivəsində 01-07 Aprel 2012-ci il tarixlərədə, Bakı şəhərində "Yeni Media və Foto jurnalistika" mövzusunda təlim kursu keçirməyi planlaşdırır.
Təlim bütövlükdə iştirakçıların təcrübəsinə əsaslanaraq qarşılıqlı öyrənmə və mübadilə şəklində təşkil olunacaq. İş əsasən təcrübənin inkişafı istiqamətində aparılacaq. Fəal iştirak, təqdimatlar, yeni mediya texnalogiyalarının öyrənilməsi, foto jurnalistika fəaliyyətləri, mühazirə, qruplarla iş, qrup və komanda işi, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi təlimin əsas metodologiyasıdır.
Qeyri-formal təhsil metodologiyasının tətbiqi zamanı qrup özü əsas rol oynayır. İştirakçılar sərbəst şəkildə qarşılıqlı öyrənmə və seminar prosesinə fəal cəlb olunurlar. Təlim zamanı iştirakçılarla iş və qeyri-formal təhsilin tətbiqi metodologiyası yerli təlimlər aparmış təlimçilər komandası tərəfindən həyata keçiriləcək. İştirakçılar fəal şəkildə Yeni Media və müasir fotojurnalistika fəaliyyətlərinə cəlb olunacaqlar. Təlmdən sonra 2012-ci ilin sentyabr oktyabr aylarında iştirakçılar Bakı, Gəncə və Biləsuvar regionlarına səfər edəcəklər və onların çəkdikləri şəkillər sosial şəbəkələrdə, digər yeni mediya vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaq. Həmçinin onların çəkdikləri şəkillər Layihə çərçivəsində təşkil olunacaq sərgilərdə nümayiş olunacaqdır.
Təlimin mövzulara daxildir:
• Yeni Media
• Sosial Media
• Sosial Şəbəkələr
• Veb bloq, bloqerlik
• Jurnalistika, Foto Jurnalistika
• Foto çəkmək sənəti
• Effektli və Keyfiyyətli foto çəkmək sənəti
• İcma gənclərin gözü ilə
• Flaşmob
Təlim zamanı ekspert və təlimçilər iştirakçıları gündəlik qiymətləndirməyə cəlb edəcək və onlar təlimdə baş verən hər bir irəliləyişi təfsilatı ilə qeyd edəcəklər. Təlimin sonunda iştirakçılar Layihə çərçivəsində Azərbaycanda gənclərin iştirakı lə yeni layihələrin həyata keçirilməsinə imkan verəcək məqsəd və vəzifələri özündə əks etdirəcək Təkliflər hazırlayacaqlar.
Layihənin Məqsədi:
• Layihənin məqsədi Uşaq və Gənclərin Yeni Meida və Foto Jurnalistika sahəsində bilik və bacarıqlarını artırmaq, icmada olan problemlərin gənclərin gözü ilə dəyərləndirilməsini təmin etmək və uşaq, gəncləri yeni media texnalogiyalarından yaralanmasına yardım etməkdir.
Metodologiya:
Təlim bütövlükdə iştirakçıların təcrübəsinə əsaslanaraq qarşılıqlı öyrənmə və mübadilə şəklində təşkil olunacaq. İş əsasən təcrübənin inkişafı istiqamətində aparılacaq. Fəal iştirak, təqdimatlar, mühazirə, qruplarla iş, qrup və komanda işi, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi təlimin əsas metodologiyasıdır.
Qeyri-formal təhsil metodologiyasının tətbiqi zamanı qrup özü əsas rol oynayır. İştirakçılar sərbəst şəkildə qarşılıqlı öyrənmə və təlim prosesinə fəal cəlb olunurlar. Təlim zamanı iştirakçılarla iş və qeyri-formal təhsilin tətbiqi metodologiyası, yeni media texnologiyasının ətraflı şəkildə tədris olunması yerli təlimlər aparmış təlimçilər komandası tərəfindən həyata keçiriləcək.
Təlimin işçi dili: Azərbaycan dili
İştirakçılar:
Təlimin iştirakçıları 12-18 yaş həddində olan şagirdlər olacaqdır. .
İştirakçıların profili:
Təlimin iştirakçıları aşağıdakı tələblərə cavab verməlidir:
12 – 19 yaş həddində olmalı;
Azərbaycanın vətəndaşı olmalı
Yaradıcı olmalı və yeni media və foto jurnalizim, təcrid olumuş qruplarla və icmalarla iş sahəsinə marağı olmalı;
Qeyd olunan fəaliyyətləri gələckdə də davam etdirməkdə maraqlı olmalı
Gəncə, Biləsuvar və Bakı-da (2012-ci ilin sentyabr – oktyabr aylarında) təşkil olunacaq Flaşmob və Sərgilərdə iştirak etməyə və qeyd olunan bölgələrə səfər etməyə maraqlı olmalı
Layihənin yekunundan sonra tərəfdaş/könüllü kimi fəaliyyət göstərməli;
Həssas təbəqədən olmalı
Müvafiq müsabiqələrdə, həmçinin müzakirələrdə tam iştiark etməyə səy göstərməli və layihədə qeyd olunan mövzularla əlaqədar gördüyü işlərin daha sonra dərc olunması və yayılmasına razı olmalı
Ərizələrin doldurulması və iştirakçıların seçim prosesi:
Bütün iştirakçılar əlavə olunmuş ərizə formasını müvafiq formada doldurmalıdırlar. Doldurulmuş ərizə forması Azərbaycan Uşaqlar Birliyinin aşağıda qeyd olunan email ünvanına göndərilməli və ya çap olunmuş və doldurulmuş formada təqdim olunmalıdır.
Təşkilatın üzvlәrindәn, təlimçilərdən və təşkilatçılardan ibarət Seçim Komitəsi iştirakçıların seçimini tələb olunan sahədə təcrübəyə, gender balansa, layihənin hədəf qrupuna və coğrafi mövqeyə uyğun olaraq aparacaq. Fikirlərini daha aydın və inamla ifadə edən, həvəsli olan iştirakçılara üstünlük veriləcəkdir.
Təlimin xərcləri:
Seminar iştirakçılarının təlim günləri ərzində nahar, çay kofe və şirniyyat, dəftər, qələm və s. xərcləri, regional səfər zamanı yaşayış və yemək xərcləri layihə çərçivəsində Azərbaycan Uşaqlar Birliyi tərəfindən ödəniləcəkdir.
Təlimdə uğurla iştirak edən iştirakçılarına İREX və Azərbaycan Uşaqlar Birliyi adından xüsusi SERTİFİKAT veriləcəkdir.
Ərizələrin qəbulu üçün son tarix: 5 Mart 2012-ci il
Nəticələr haqqında iştirakçılar 18 Mart 2012-ci il tarixinədək məlumat veriləcəkdir.
Əlaqədar şəxs: Nərmin Məmmədova
Tel.: 012 511 34 09
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Web: www.children-az.org
Ünvan: Bakı şəhəri, Balababa Məcidov küç.78, Az 1010
Ərizə formasının üzərinə vurmaq ilə yükləyə bilərsiniz.
Paylashmaq