24.01.2012 | Baxış sayı: 205
"GƏNCLƏRIN SƏSİ RADİOSU" PƏŞƏKAR RADİO JURNALİSTİKA TƏLİMİ ALMAQ VƏ TƏCRÜBƏ KEÇMƏK İSTƏYƏNLƏR ÜÇÜN KURS ELAN EDİR.
Kurs iki həftə müddətinə peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək. Təlim kursunu müvəffəqiyyətlə bitirmiş iştirakçılar 3 ay müddətində Gənclərin Səsi radiosunda jurnalist kimi iş təcrübəsi keçəcəklər.
İştirakçılar peşəkar jurnalistika prinsipləri ilə yanaşı, radio materialların hazırlanması, canlı efirin idarə olunması, radio debatların təşkil olunması, radioda prodüsser işi və başqa jurnalistika biliklərini öyrənəcəklər.
Kurs ödənişsizdir.
İştirak etmək istəyənlər 30 yanvar 2012 ci il tarixinə qədər CV və maraq məktublarını Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.
Ətraflı məlumat və ya suallarınız üçün:
+994552878748
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Paylashmaq