ELANLAR

Könüllülər Proqramı

Magnus Təhsil Mərkəzi Könüllülər Proqramı elan edir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

CRRC Gənc Tədqiqat Təqaüdçüsü ol

Şrift ölçüsü: Decrease font Enlarge font
CRRC Gənc Tədqiqat Təqaüdçüsü ol

Təqaüd proqramının iştirakçıları siyasi təhlilin əsasları ilə tanış olcaq, statistik proqramlardan istifadə etməyi və böyük beynəlxalq təşkilatların tələb etdiyi səviyyədə öz nəticələrini yazılı şəkildə geniş təsvir etməyi öyrənəcəklər.

Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) 2010-cu ilin mart ayından dekabr ayınadək davam edəcək olan tədqiqi təlim təqaüd proqramını elan edir.Təqaüd proqramı tamamlandıqdan sonra ən yaxşı tədqiqatçılar CRRC-də gələcək iş imkanları əldə edəcəklər.

Siz nə əldə edəcəksiniz?

Mürəkkəb problemləri cəld və hərtərəfli təhlil etmək qabiliyyəti

Mükəmməl ingiliscə yazmaq bacarıqları

Layihənin idarə edilməsi və təşkilati təcrübə

Statistik proqramlar da daxil olmaqla, mühüm kompyuter proqramlarında ixtisaslaşma

Təcrübəli və fəal həmkarlar və rəhbərlərlə işləmək imkanları

İşə qəbul və yüksək səviyyəli magistratura proqramlarına müraciət üçün fantastik tövsiyyələr.

Sizdən nə tələb olunur?

Direktiv sənədləri yazmaq

Azərbaycanın gələcəyi üçün mühüm olan problemlər üzrə kompleks tədqiqat layihələrində yardım etmək

Heç zaman çalışmadığınız qədər ciddi işləmək

 Hər şeylə maraqlanan olmağa can atmaq

Fəal komanda üzvü olmaq

Kimlər müraciət edə bilər?

Namizəd 18-24 yaş arasında olmalıdır

Tələbə və ya yenicə məzun olmalıdır.

Namizədin son dərəcə cəld öyrənmə qabiliyyətinə malik olması tələb olunur, buna görə də çox ağıllı,  ixtisaslı, əməksevər və tənqidə açıq olmalıdır.

Yaxşı ingilis dili bacarıqlarına malik olmalıdır.

Yaxşı kəmiyyət təfəkkürü qabiliyyətlərinə malik olmalıdır. Statistikanın əsas anlayışlarını bilmək arzuolunandır, lakin mütləq deyildir.

(Qeyd: Azərbaycandan kənardakı universitetlərdə Magistr dərəcəsi almış şəxslər müraciət edə bilməzlər)

Müraciət Proseduru

1.      Ərizə formasını əldə etmək üçün birbaşa  www.crrc.az/jfp daxil olun və ya Aytən Məmmədovaya bu ünvana sorğu göndərin: aytan.mammadova+jfp@crrccenters.org.

2.      Ərizə formasını doldurun və 2010-cu il martın 10-dan gec olmayaraq təqdim edin.

3.      Seçildiyiniz təqdirdə, Siz 2010-cu ilin aprelindən iyununadək intensiv onlayn təlimə dəvət olunacaqsınız. Bu təlimi bitirdikdən sonra sizin esse yazmalı olacaqsınız. Ən yaxşı təcrübəçilər mükafatlandırılacaq və programın ikinci mərhələsində iştiraka dəvət olunacaqlar.

Digər təfsilatlar

Müraciət proseduru haqda suallarınızı Yuliya Əliyevaya bu ünvana göndərin: yulia@crrccenters.org. CRRC özünün təqaüd proqramları haqda Bakıdakı bir sıra universitetlərdə prezentasiyalar keçirəcəkdir. Prezentasiyaların keçirilmə yeri və vaxtı barədə təfsilatları siz Yuliyadan öyrənə bilərsiniz.

 

Bu məqaləni qiymətləndirin:
9.25
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 1051