ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Xarici tələbələr üçün Bruney Darüssəlam Hökumətinin Təqaüdləri

Şrift ölçüsü: Decrease font Enlarge font
Xarici tələbələr üçün Bruney Darüssəlam Hökumətinin Təqaüdləri

Bruney Darüssəlam Hökuməti xüsusi təqaüd mükafatları proqramı çərçivəsində 2010-2011-ci tədris sessiyası üçün illik təqaüdlər təklif edir. Namizədlər qəbul üçün müraciət etdikləri tədris sessiyasının başlanğıc tarixinə 18-25 yaş arasında olmalıdırlar.

Bruney Darüssəlamda qüvvədə olan Təqaüd Proqramlarının məqsədi tələbələrə Bruney Darüssəlam Universitetində (UBD), Sultan Şərif Əli İslam Universitetində (UNİSSA) və Bruney Texnoloji İnstitutunda (İTB) təhsil almaq imkanları yaratmaqdır. UBD, UNİSSA və İTB üçün tədris sessiyası 2010-cu ilin iyul/avqust aylarından başlayır.


1. Seçim

Namizədlər qəbul üçün müraciət etdikləri tədris sessiyasının başlanğıc tarixinə 18-25 yaş arasında olmalıdırlar. Lakin müstəsna hallarda magistratura və doktorluq proqramlarına müraciət edən namizədlər üçün yaş limiti dəyişdirilə bilər.

Mükafatın şərtləri
Təqaüd aşağıdakı təminatları qarşılayır:

  • Təhsil haqqları
  • Təqaüdə layiq görülən şəxs ekonom klass uçuş bileti ilə yalnız sıradakı hallarda təmin olunacaqdır: proqramın başlanğıcında öz ölkəsindən Bruney Darüssəlamadək və proqram bitdikdən sonra geriyə.
  • Səhiyyə Nazirliyinin şərtlərinə uyğun hallarda istənilən dövlət xəstəxanasında pulsuz tibbi və stomatoloji xidmət. Lakin, burada hər bir konsultasiya üçün inzibati haqqların (hazırda 3 B$), A1, A2 siniflərinə və A3 şöbələrinə daxil olmaq üçün giriş haqqlarının, eləcə də Səhiyyə Nazirliyinin 1 Diş Müalicəsi proqramına uyğun olaraq  bəzi stomatoloji xidmətlərdə əlavə haqqların alınması mümkündür.
  • Ödəniləcək digər müavinətlər bunlardır:
    500 B$ məbləğində aylıq şəxsi müavinət
    600 B$ məbləğində kitblar üçün illik müavinət

Müraciətlər üçün ilkn nəzərdə tutulan son tarix : 28 fevral 2010-cu il.

Daha ətraflı: http://www.mfa.gov.bn/scholarship/index.htm

Bu məqaləni qiymətləndirin:
7.67
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944