ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

TENDER: Azərbaycanda Vətəndaş Jurnalistikasını İnkişafı üzrə İcraçı Tərəfdaş

Şrift ölçüsü: Decrease font Enlarge font
TENDER: Azərbaycanda Vətəndaş Jurnalistikasını İnkişafı üzrə İcraçı Tərəfdaş

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (bundan sonra ATƏT) Bakı ofisi Azərbaycanda Vətəndaş Jurnalistikasının İnkişafı layihəsi üçün Bakıda yerləşəcək icraçı tərəfdaş (bundan sonra “İcraçı Tərəfdaş”) axtarışı məqsədilə tender üzrə möhürlü təklifləri qəbul edir.

Tender dəvətinə əlavə olaraq tender sənədlərinə aşağıdakılar da aiddir:

I Bölmə: Azərbaycanda Vətəndaş Jurnalistikasının İnkişafı – Ümumi plan

II Bölmə: Səlahiyyətlər dairəsi

III Bölmə: Müraciət prosedurları

IV Bölmə: Müraciətlərin qiymətləndirilməsi və seçimi

Əlavə I: ATƏT-in Layihə Təklif  Şablonu

Əlavə II: Büdcə

Əlavə III: Potensial İcraçı Tərəfdaş üçün Uyğunluq Sertifikatı

Əlavə IV: Razılaşma forması

 

Bu dəvətin nəticəsi olaraq əldə edilmiş istənilən Razılaşma Tender sənədlərində olan Razılaşma forması ilə məhdudlaşmalıdır.

 

Tender təklifləri bu ünvana çatdırılmalıdır:

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
Bakı Ofisi

Fond İnzibati Vahidliyinə
Landmark III, Nizami küç. 96
AZ1010 Bakı, Azərbaycan

Təkliflər 4 mart 2010-cu il saat 12.00-də (və ya bu tarixədək) üzərində bu yazılar olan möhürlü zərfdə göndərilməlidir: "No. AZE 02/2010 “ Implementing partner for Promoting Citizen Journalism in Azerbaijan - Do Not Open Before 4 March 2010, 12:00 hrs (GMT+4)".

E-mail və ya faksla göndərilən təkliflər qəbul edilməyəcəkdir. Tender təkliflərində qiymətlər  AZN-lə göstərilməlidir.

ATƏT  istənilən tender təkliflini qəbul və ya rədd etmək, tam və ya hissəvi ləğv etmək, tender prosesini dayandırmaq, istənilən vaxt bütün təklifləri səbəbsiz  rədd etmək hüququnu özündə saxlayır və bunun nəticəsində zərər çəkmiş tender iştirakçısı və ya iştirakçıları qarşısında heç bir məsuliyyət daşımayacaqdır.

Tender Sənədlərinin tam paketini ATƏT-in web-saytında (http://www.osce.org/tenders/) əldə edə bilərsiniz. Xahiş olunur ki, bütün suallarınızı yazılı şəkildə aşağıda göstərilmiş ünvana ünvanlayasınız və bunun üçün telefon zəngləri və ofisə gəlməkdən çəkinəsiniz.

Bakı Ofisi
Demokratikləşmə Proqramı
Landmark III, Nizami küç. 96., AZ1010 Bakı, Azərbaycan.

Bu məqaləni qiymətləndirin:
9.33
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944