ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Tender - Şəki Leqal Resurs Mərkəzi üçün icraçı tərəfdaş

Şrift ölçüsü: Decrease font Enlarge font
Tender - Şəki Leqal Resurs Mərkəzi üçün icraçı tərəfdaş

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Ofisi özünün Şəkidə yerləşən Leqal Ressurs Mərkəzi üçün tərəfdaş (İcraçı Tərəfdaş) axtarışı məqsədilə qapalı təkliflərin qəbulunu elan edir, tərəfdaş Şəkidə yerləşəcək və onun fəaliyyəti Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarını əhatə edəcək.

Təklif dəvətinə əlavə olaraq tender sənədlərinə aşağıdakılar da aiddir:

I Bölmə: ATƏT-in Şəkidəki Leqal Resurs Mərkəzi – Ümumi plan

II Bölmə: Səlahiyyətlər dairəsi
III Bölmə: Müraciət prosedurları

IV Bölmə: Müraciətlərin qiymətləndirilməsi və seçimi
Əlavə I: ATƏT-in Layihə Təklif Şablonu
Əlavə II: Büdcə
Əlavə III: Potensial İcraçı Tərəfdaş üçün Uyğunluq Sertifikatı
Əlavə IV: Razılaşma forması

Bu dəvətin nəticəsi olaraq əldə edilmiş istənilən Razılaşma Tender sənədlərində olan Razılaşma forması ilə məhdudlaşmalıdır.

Tender təklifləri bu ünvana çatdırılmalıdır:

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
Bakı Ofisi

Fond İnzibati Vahidliyinə
Landmark III, Nizami küç. 96
AZ1010 Bakı, Azərbaycan

Təkliflər 11 yanvar 2010-cu il saat 12.00-də (və ya bu tarixədək) üzərində bu yazılar olan möhürlü zərfdə göndərilməlidir: "No. AZE 14/2009 “ Implementing partner for Legal Resource Centre in Sheki - Do Not Open Before 11 January 2010, 12:00 hrs (GMT+4)".

E-mail və ya faksla göndərilən təkliflər qəbul edilməyəcəkdir. Tender təkliflərində qiymətlər  AZN-lə göstərilməlidir.

ATƏT  istənilən tender təkliflini qəbul və ya rədd etmək, tam və ya hissəvi ləğv etmək, tender prosesini dayandırmaq, istənilən vaxt bütün təklifləri səbəbsiz  rədd etmək hüququnu özündə saxlayır və bunun nəticəsində zərər çəkmiş tender iştirakçısı və ya iştirakçıları qarşısında heç bir məsuliyyət daşımayacaqdır.

Tender Sənədlərinin tam paketini ATƏT-in web-saytında (http://www.osce.org/tenders/) əldə edə bilərsiniz. Lütfən, bütün suallarınızı yazılı şəkildə aşağıda göstərilmiş ünvana yollayın və bunun üçün telefon zəngləri və ofisə gəlməkdən çəkinin.

Bakı Ofisi
Hüquq Proqramının Qaydaları
Landmark III, Nizami küç. 96., AZ1010 Bakı, Azərbaycan.

 

Bu məqaləni qiymətləndirin:
8.00
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944