AƏF qısametrajlı film/annimasiya filmin çəkilməsi ilə bağlı açıq müsabiqə (Tender) elan edir

15.02.2012  |   Baxış sayı: 204

eurasia partnershipMüsabiqə (Tender) haqqında:

Müsabiqə (tender), Norveç Hökuməti Xarici İşlər Nazirliyinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən Vətəndaş Jurnalistikası Elektron Media Proqramının məqsədlərinə uyğun olaraq sosial media ilə bağlı qısametrajlı film/annimasiya filminin çəkilməsini nəzərdə tutur. Bu müsabiqənin (tenderin) məqsədi, Azərbaycanda sosial medianın insanların, xüsusilə də, gənclərin həyatındakı rolunu dəstəkləməkdən ibarətdir.


Uyğunluq meyarı:

Müsabiqənin (tenderin) iştirakçıları qısametrajlı/annimasiya filminin çəkilməsi üzrə təcrübəsi olan hüquqi və fiziki şəxslər ola bilər.

 

Nəzərdə tutulan işlər:

• sosial media ilə bağlı filmin/annimasiya filminin ssenari mövzusunun AƏF ilə müzakirəsi;

• Filmin çəkilişi ilə bağlı icra planının müzakirəsi;

•Filmin icra planı üzrə çəkilib təhvil verilməsi;

• Digər aidiyyəti işlər.

Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketinə aşağıdakı məlumatlar daxil olmalıdır:

• Tərcümeyi-hal

• Oxşar əvvəlki təcrübəni əks etdirən motivasiya məktubu

• Çəkdiyi film nümunəsi və təklif olunan büdcə

 

Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketi 13 mart 2012-ci il tarixinə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına və ya aşağıdakı ünvana təqdim olunmalıdır:

 

Avrasiya Əməkdaşlıq Fondu

Cəfər Cabbarlı 44,

Caspian Plaza, 6-cı mərtəbə

Faks: 994 12 437-29-44

Aidiyyəti məsələlərə dair suallar yaranarsa Rəşad Əliyev, AƏF-in Layihə Koordinatoru ilə aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

Phone: Tel: +994 12 437 29 40/41/42/43 (daxili nömrə 15)

Paylashmaq