ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Amerika Birləşmiş Ştatlarının Kounterpart İnterneşnl təşkilatı -Tender elanı

Şrift ölçüsü: Decrease font Enlarge font
Amerika Birləşmiş Ştatlarının Kounterpart İnterneşnl təşkilatı -Tender elanı

Amerika Birləşmiş Ştatlarının Kounterpart İnterneşnl təşkilatı Fizuli rayonu Böyük Bəhmənli uşaq bağçasının təmiri, istilik sisteminin quraşdırılması, uşaq bağçası ərazisinin hasara alınması, əsas yoldan uşaq bağçasına qədər asvalt yolun və uşaq bağçası ərazisində Oyun Meydançasının tikilməsi məqsədilə Açıq Tender elan edir.

Lot 1: Böyük Bəhmənli uşaq bağçasını əsaslı təmir etmək

Lot 2: Uşaq bağçasının  ərazisini hasara almaq

Lot 3: Uşaq bağçasının istilik sistemini quraşdırmaq

Lot 4: Uşaq bağçasının  ərazisində oyun meydançası tikmək

Lot 5: Əsas yoldan uşaq bağçasına qədər asvalt yol tikmək

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir:      

•İddiaçının son bir il ərzində (illər üzrə) maliyyə vəziyyətini əks etdirən bank arayışı; 
      •İddiaçının son üç il ərzində (illər üzrə) xüsusiyyətinə və həcminə uyğun anoloji işlər üzrə təcrübəsi; 
      •Azərbaycan   Respublikasında   vergilərə   və   digər   icbari   ödənişlərə   dair  təmin edilməmiş öhdəliklərinin olmaması haqqmda arayış; 
      •İddiaçının hüquqi statusunu təsdiq edən sənədlərin notarial qaydada təsdiq edilmiş nüsxələri (nizamnamə, qeydiyyat şəhadətnaməsi və s.); 
      •İddiaçının potensial imkanları haqqında texniki-iqtisadi məlumatlar;  
      •Iddiaçı   tenderdə   qalib   hesab   edildiyi   halda   müqavilənin   imzalanması   üçün səlahiyyətli olması barədə notarial qaydada təsdiq edilmiş sənədi; 
      •Təklif qiymətinin 5 faizi məbləğində (tender təklifınin qüvvədə olma müddətindən sonra 30 bank günü ərzində qüvvədə olmalıdır) bank təminatı;  
      •İddiaçı, yuxarıda göstərilən bütün sənədləri, öz tender təklifıni 2 nüsxədə (əsli və surəti), möhürlənmiş və imzalanmış ikiqat zərfdə 24 dekabr 2009-cu il tarixdə saat 17-dək Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, bina 18, mənzil 92-də yerləşən Kounterpart İnterneşnl təşkilatının ofisində   Tender   Komissiyasına   təqdim etməlidir.    Həmin    vaxta    qədər    təqdim    edilməyən    zərflər    açılmadan    geri qaytarılacaqdır və buna görə Kounterpart İnterneşnl təşkilatı məsuliyyət daşımır. İddiaçı, tender təkliflərində tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasıınn texniki cəhətlərini, icra müddətini, qiymətini, ödəniş formalarmı göstərməlidir. Təklif zərfləri 2010-cu il yanvarın 6-da saat 14:00-da açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.                                                     

Tender təklifi zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır.

İddiaçının tender təklifində, bütün zəruri vergi və rusumlar nəzərə alınmaqla bir təklif verilməlidir. Maraqlanan iddiaçılar tender sənədlərinin tam dəstini yuxarıda göstərilən ünvanda Tender Komissiyasından ala bilərlər.

Tender Komissiyası

Əlaqə telefonları: (012) 598 4136, (012) 598 0423                                                                                                                                                                                              

Bu məqaləni qiymətləndirin:
9.00
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944