Peşəkar və həvəskar fotoqraflar arasında “Mülkiyyət hüquqları” mövzusunda Müsabiqə elanı

06.02.2012  |   Baxış sayı: 225

pic 20101018_196_66203800358_bigAzad İqtisadiyyata Yardım İB peşəkar və həvəskar fotoqraflar arasında "Mülkiyyət hüquqları" mövzusunda müsabiqə elan edir.

Fotolar real həyatı əks etdirməlidir və hər bir fotoya ayrıca altyazı yazılmalıdır.

Fotoqraflar ya peşəkar, ya da həvəskar kateqoriyası üzrə müsabiqədə iştirak edə bilər. Buna görə də müsabiqədə iştirak etmək istəyən fotoqraf kateqoriyanı özü seçməlidir.

Fotoqraflar son 2 il ərzində çəkilmiş fotoları müsabiqəyə təqdim edə bilərlər. Həmçinin hər bir fotoya aid ayrıca altyazı da fotolarla birlikdə təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək istəyən fotoqraflar 10 seçilmiş fotonu, çalışdığı qəzet və jurnalda, yaxud internet səhifəsində, bloqunda və facebookda (altyazı ilə) yerləşdirməli, həmçinin jpeg formatında arxiv (zip, rar) fayllarında 31 mart 2012-ci il tarixdək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərilməlidir. Həmçinin hər bir fotoya aid altyazı da word faylında şəkillərə əlavə edilməlidir.

Müsabiqə üzrə 3 peşəkar, 5 həvəskar fotoqraf seçiləcək. Seçiləcək peşəkar 500 ABŞ dolları, həvəskarlar isə 100 ABŞ dolları məbləğində mükafatlandırılacaqlar. Həmçinin müsıabiqədə qalib gəlmiş fotolar iri ölçüdə çap olunaraq 2012-ci ilin may ayında Bakıda keçiriləcək "Mülkiyyət hüquqularının vəziyyəti ilə bağlı" Fotosərgidə nümayiş etdiriləcək.

Əlavə məlumat üçün: 012 4314612 telefon nömrəsinə zəng edə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ü-mail ünvanına yaz bilərsiz.

Paylashmaq