25.01.2012 | Baxış sayı: 426

"ÖZ Klub"un Explore Departamenti təqdim edir:
"Azərbaycanı ÖZündə Kəşf Et!" adlı məqalə müsabiqəsi!
• Gəzib görməyi sevirsən?
• Doğma yurdumuzun gözəl guşələri səndə inanılmaz təəsüratlar burxaıb?
• Bu təəsüratlatını ətrafdakılarla bölüşmək istəyirsən?
• Yazı bacarığını geniş kütləyə nümayiş etdirmək istəyirsən?
• Bəs qalib olub hədiyyə qazanmaq necə, istəyirsən?
O zaman bu müsabiqə məhz sənin üçündür!
Müsabiqədə iştirak şərtləri:
• Məqalə doğulduğun, yaşadığın, getdiyin, getmək istədiyin şəhər, rayon,
kənd, qəsəbə, məhəllə, qəsacası Azərbaycanın istənilən guşəsi barədə
ola bilər
• Məqaləni yazan şəxs yaş etibarilə gənc olmalıdır
• Məqalə azərbaycan dilində, Times New Roman, 12 pt şriftdə olmalıdır
• Məqalənin həcmi 120 – 500 söz arası olmalıdır
• Məqalə yalnız Kəşf xarakterli olmalıdır
• Bir müəllif müsabiqədə iki məqalə ilə iştirak edə bilər
Qaliblər bir neçə nominasiyada müəyyənləşdirilicək:
• Ən çox oxunan məqalə (Facebook qrup üzərindən toplanan like sayına
görə)
• Ən maraqlı Kəşf
• Ən informasiya tutumlu məqalə (Sözü gedən guşənin tarixi, mövcudluğu
və xüsusiyyətləri barədə informasiya)
• Ən kreativ məqalə
• Ən orijinal başlıqlı məqalə
Məqalələri adınız, soyadınız, təvəllüdünüz, təhsil aldığınız universitet və ya işlədiyiniz müəsisənin də adını qeyd edərək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elekton poçt ünvanına göndərməklə iştirakçı ola bilərsiniz.
Son müraciət tarixi 4 Fevral, saat 19:00
Əlavə məlumat üçün:
Ünvan: İçərişəhər, Böyük Qala 40 (Milli Ensiklopediya binasının yanı)
Tel: 012 492 10 61
Mob: 050 482 72 02
050 502 72 02
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
ÖZ Klub – ÖZünü kəşf et!
Paylashmaq