Tender Elanı: İcarə Olunacaq Ofis Sahəsi Xidməti

13.01.2012  |   Baxış sayı: 288

eurasia partnershipAvrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş AƏF, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.

Avrasiya Əməkdaşlıq Fondu hal-hazırda icarə olunacaq ofis sahəsi üzrə tender elan edir. Tenderin şərtləri:

1) 170-180 m² işlək sahə;

2) 25.03.2011 tarixindən gec olmayaraq ofisə köçmək imkanı;

3) Təhlükəsizliyin 24 saat təmin olunması;

4) Ofisdə elektrik enerjisi, hava-kondisioner və ya istilik xidmətlərinin fasiləsiz təchizatının, ofisin mütəmadi təmizlənməsinin təmin olunması;

5) Daimi olaraq ofis məkanının toxunulmazlığının təmin olunması;

6) Ümumi sahələrin saz, təmiz və lazımi qaydada təmir olunmuş vəziyyətdə olması, liftlərin, yanğından mühafizə və təhlükəsizlik xidməti avadanlıqlarının işlək vəziyyətdə olması.

Təkliflərinizi, tariflər də daxil olmaqla, 24 yanvar 2012-ci il saat 18:00-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərə bilərsiniz. Tariflər, yuxarıda göstərilən bütün xidmətlərin haqqı da daxil olmaqla, 1m² üçün nəzərdə tutulan qiyməti əks etdirməlidir. Müqavilənin, son etibarlılıq tarixi 31.03.2013 olmaqla, 1 il müddətinə imzalanması nəzərdə tutulur. Qiymətlər müqavilənin sonuna kimi dəyişilməz qalmalıdır.

Suallarınızla bağlı Aytən Vəliyevaya müraciət edə bilərsiniz. Əlaqə üçün məlumat:

Avrasiya Əməkdaşlıq Fondu

C. Cabbarlı küçəsi, 44,

Kaspian Plaza, 6-cı mərtəbə

Bakı AZ1065

Tel: +994 12 437 29 40/41/42/43

Fax: +994 12 437 29 44

 

Paylashmaq