05.12.2011 | Baxış sayı: 520
Qlobal Tələbə Mübadiləsi Proqramı (UGRAD) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) tərəfindən idarə olunur. Proqram Azərbaycanın Armenia, Azerbaijan, Belarus, Georgia, Kazakhstan, Kyrgyzstan, Moldova, Russian Federation, Tajikistan, Turkmenistan, Ukraine and Uzbekistan ali təhsil ocaqlarının birinci, ikinci, üçüncü kursda oxuyan tələbələrinə Amerika Birləşmiş Ştatları universitetlərinin və kolleclərinin birində bir il dərəcəsiz təhsil almaq imkanı yaradır. İştirakçılar açıq müsabiqə yolu ilə seçilir.
Bütün iştirakçılar:
Bir akademik il ərzində dərslərdə iştirak edəcəklər.
Birinci semestr ərzində ən azı 20 saat vaxtlarını yaşadıqları şəhərin icma işlərinə sərf efəcəklər.
İkinci semestrdə təcrübə keçəcəklər
Proqramla bağlı aşağıda qeyd olunan bütün xərclər ödənilir:
Vizanın alınması (J1)
Yaşadığınız şəhərdən ABŞ-da təhsil alacağınız universitetə və geriyə yol xərcləri
Tibbi və bədbəxt hadisələrdən sığorta
Aylıq təqaüd və təhsil xərcləri
Gözlənilməz kiçik xərclər
ABŞ-da yaşayış
Dərs ədəbiyyatının alınması üçün məhdud vəsait
Məzunlar arasında əməkdaşlıq və treyninq təşkil etmə imkanları
Sahələr:
Mühasibat
Kənd təsərrüfatı
Antropologiya
Biologiya
Biznes
Kimya
Kompyuter elmi
Cinayət hüququ
İqtisadiyyat
Təhsil
Mühəndislik
Ətraf mühitin idarəedilməsi
Geologiya
Turizmin İdarəedilməsi
Beynəlxalq Münasibətlər
Jurnalistika və KİV
Hüquq
Fizika
Siyasi elmlər
Psixologiya
Sosiologiya
Şəhər Planlaşdırılması
Amerikaşünaslıq
Digər sahələr
Son ərizə qəbulu:17:00,Dekabr 22,2011
Qlobal Tələbə Mübadilə Proqramı üçün ərizə formalarını əldə etmək və təhvil vermək üçün IREX-in Azərbaycandakı ofisinə müraciət edin:
Bakı ş., Cəfər Cabbarlı küc. 40, AZ1065
Telefon: 497 39 02/03, Fax: 497 39 07
Elektron poçtu: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
İnternet: www.irex.az; www.irex.org
Paylashmaq