21.12.2011 | Baxış sayı: 1681
Erasmus Mundus II Proqramın əsas hədəfləri:
a) Regiondakı universitetlərin beynəlxalq əməkdaşlığını genişləndirmək, tələbə və akademik heyyət mübadiləsi sahəsində bilgi və təcrübənin paylaşılması;
b) Proqramda iştirak edən ortaq universitetlər əməkdaşlığı təşvik etmək, bununlada Avropa və əməkdaş ölkələr arasındakı təhsil mühitinin qarşılıqlı zənginləşdirmək;
c) Proqramda iştirak, tələbələrə təhsil aldıqları ölkənin təhsil, dil, mədəniyyət akademik təcrübə qAzərbaycananmaq vasitəsilə yararlanmaq imkan yaratmaq;
d) Bolonya prosesinin tələblərinə uyğun olaraq ali təhsildə ortaq təhsil istiqamətlərinin təcrübi yolla həyata keçirmək, təhsildə şəffaflığın, diplomların və ixtisaslaşmanın tanınmasını inkişaf etdirmək;
e) Xüsusi qrupdan olan insanlara təhsil imkanları vermək (bunlara daxildir; məcburi köçkünlər, əlil tələbələr) bunula Avropa sosial və demokratik dəyərlərini əməkdaş ölkələrə yaymaq;
f) Ali təhsil müəssisələrində keyfiyyətə təminat, tədqiqat, təhsil sistemində yeniliklər və innovasiyaları təşviq etmək məqsədi ilə akademik və idari heyyətin təcrübə toplamaq məqsədi ilə mübadilələrdə iştirakını ortaq universitetlərdə təşkil etmək;
g) Özəl və dövlət sektoruna malik müəssisələrin əməkdaşlarının bilik və imkanlarını artırmaq məqsədilə fəlsəfə doktoru proqramlarında iştirakını təşkil etmək;
h) Avropa və əməkdaş ölkələr arasında siyasi, mədəni, təhsil və iqtisadi bağların genişləndirilməsi;
Hədəf Qruplar
Qrup 1: ortaq universitetin tələbə müəllim və əməkdaşları
Qrup 2: əməkdaş ölkə vətəndaşı olan və əməkdaş ölkədə artıq təhsil almış şəxslər
Qrup 3: əməkdaş ölkənin vətəndaşları ( xüsusi şəraitdə olanlar bunlara daxildir; məcburi köçkünlər, əlil tələbələr)
Dekabrın 7-si keçirilmiş Erasmus Mundus göruşünün PPT təqdimat faylını buradan endirə bilərsiniz.
Qəbul Proseduru
Qəbul proseduru web platform inteqrasiya edilmişdir www.alrakis.eu. Aşağıdakı sənədlər proqramda müvəffəqiyətlə iştirka etmək üçün tələb olunur:
Qeyd: Daha ətraflı məlumat web səhifəyədən əldə edə bilərsiniz www.alrakis.eu.
2012-2013 Qəbul prosedurunu 15 Dekabr 2011-dən 15 Mart 2012-ilə qədər davam ediləcəkdir.
Əlaqəli Şəxs
Üzeyir Bağırov
Qafqaz Universiteti
Beynəlxalq Əlaqələr və Layihələr Ofisi
Bakı Sumqayıt şossesi 16-cı km.,
AZ0101, Xırdalan ş., Azərbaycan
e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Paylashmaq