LANE KIRKLAND ADINA TƏQAÜD PROQRAMI

14.12.2011  |   Baxış sayı: 1036

Lane Kirkland_programPolşa-Amerika Azadlıq Fondu və Polşa-Amerika Fulbright Komissiyası növbəti təqaüd proqramını elan edir. Təqaüd proqramının müsabiqəsində namizədlər növbəti ölkələrdən müraciət edə bilərlər: Azərbaycan, Gürcüstan, Rusiya, Qazaxstan, Qırğızıstan, Ukrayna, Belarus, Ermənistan və Moldova təqaüd proqramı Polşada 2012/2013 tədris ili üçün Lane Kirkland Təqaüdü elan edir.

Proqram ölkədə və regionda ali təhsilli gənc liderlərin yetişməsinə, demokratiyanın, iqtisadiyyatın və vətəndaş cəmiyyətinin inkişafına maraq göstərməlidir.

Proqram 2 (iki) semestr Polşa ali təhsil ocaqlarında və 2-4 həftə dövlət idarələrində və ya privat sektorda həyata keçir.

Proqram çərçivəsində maliyyələşdirilən ixtisasların siyahısı:

• İqtisadiyyat və İdarəetmə

• Administrasiya/menecment (biznes, QHT, mədəniyyət, ətraf mühit, sağlamlıq)

• Dövlət idarəetməsi

• Hüquq

• Sosial elmlər (sosial psixologiya, sosiologiya)

• Siyasi elmlər və beynəlxalq münasibətlər

• Siyasi İnkişaf və humanitar yardım

KIMLƏR MÜRACIƏT EDƏ BILƏR?

Kirkland programı 2012/2013-cü akademik tədris ili üçün aşağıdakı sahələri təmsil edən şəxslər üçün açıqdır:

• Ekspertlər, siyasətçilər, dövlət işçiləri

• Sahibkarlar, menecerlər

• QHT rəhbərləri, mədəniyyət təmsilçiləri və aktiv vətəndaşlar

• Tədqiqatçılar, universitet mühazirəçilər, alimlər

• Jurnalistlər.

Kriteriyalar:

• Adları çəkilmiş ölkələrin birində daim yaşamalı və həmin ölkənin vətəndaşı olmalıdı (qeyd: Polşada daim yaşamaq hüququnu əldə etmiş vətəndaşlar Kirkland təqaüd proqramına müraciət edə bilməz)

• Ali təhsilini bitirmiş (magistr dərəcəsi)

• Yaş həddi 35 (əsaslandırılmış halda 40 yaş)

• Polşa dilini bilməli akademik ildə dərslərdən bəhrələnmək məqsədilə, eyni zamanda diplom işini yazmaq üçün və ya ingilis dili bilikləri, namizəd konkret təhsili həmin dildə göstərdiyi halda (bu halda elementar polyak dili qəbul olunur)

• Iş təcrübəsi minimum 2 il.

ÜSTÜNLÜK TƏŞKIL EDƏN NAMIZƏDLƏR:

• Namizəd öz icmasında professional və sosial sahədə aktiv olmalıdır.

• Namizədlər konkret nailiyyətlərə malik olmalıdır.

• Namizədlər Polşada təhsil almış olmamalıdır.

TƏLƏB OLUNAN SƏNƏDLƏR:

1. Elektron forma tamam doldurulmalıdır.

• Şəxsi məlumat anketi

• Layihəni əsaslandırmaq - Kirkland proqramında iştirakının detallı izahı və gələcək planları Polşada qaldığınız dövrü əhatə edən və programı bitirdikdən sonra olan planlarınız (4000-6000 işarə məsafə ilə birgə).

2. İki rekomendasiya məktubu namizədin əldə etdiyi nailiyyətlər haqqında və namizədin əldə edəcəyi gələcək inkişafı haqqında, professional sahədə inkişafı programdan sonra (polyak, rus və ya ingilis dilində)

3. Diplomun surəti ali təhsili bitirdiyi haqqda (və yaxud elmi namizədliyi haqda dilomun surəti) elektron poçt vasitəsilə göndərilməlidir.

QEYDİYYAT:

Seçim üç mərhələdən ibarətdir 50 nəfərə yaxın yüksək göstərici əldə etmiş namizədlər:

I mərhələ - elektron ərizə formasının qiymətləndirilməsi

II mərhələ - təkliflərin maddı qiymətləndirilməsi

III mərhələ - müsahibə (16.04-15.05.2012 planlaşdırılır).

Mart ayının sonunda III mərhələyə keçmiş namizədlər elektron poçt vasitəsi ilə məlumat əldə edəcəklər.

Müsabiqənin yekun nəticəsi elektron poçt vasitəsilə aprel ayinda namizədlərə ünvanlanacaq.

NAMIZƏDLƏRIN MÜRACIƏT PROSEDURLARI:

Ərizə forması aşağıdakı link vasitəsi ilə əldə edə bilərsiz:

http://kirkland.edu.pl/form

Ərizə forması on-line rejimində doldurulur .

Tamamlanmış ərizə forma sistem tərərfindən təsdiqlənərək ekranda göstərilir, ərizə forması çap olunmalıdır. Çap edilmiş və imzalanmiş ərizə formasına fotoşəkil əlavə edilərək poçt vasitəsi ilə Fulbright Komissiyasına göndərməyiniz xahiş olunur.

Rekomendasiya məktubları və ali təhsil haqqında diplomun sürəti elektron poçt vasitəsilə qeyd olunmuş ünvana göndərməyiniz xahiş olunur: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Kirkland təqaüd müsabiqəsinə son müraciət:

1 mart 2012 il.

Son təqdim olunma vaxtından keçmiş ərizələrə baxılmayacaq.

MALIYYƏ ŞƏRTLƏRI:

Təqaüd: 1800 PLN aylıq. Proqram çərçivəsində ödənilən digər xərclər: təhsil xərcləri, Polşada yaşayış yeri ilə təmin, sığorta, ikiistiqamətli yol xərci Polşaya, viza xərcləri, tədris materiallarının alınması. Təqaüdçü təhsil aldığı müddətdə kompüter əldə edir,proqramın bütün şərtlərini tam yerinə yetirdiyi halda şəxsi mülkiyyətinə keçir.

TƏQAÜD PROGRAMI:

• Programmın açılışı (sentyabrın yarısı 2012)

• Informasiya-hazırlıq kursu (10 gün)

• Dərslər (II semestr) ən böyük Polşa ali müəssisələrində Varşava, Krakov, Poznan, Vroclav, Lublin şəhərlərində

• Diplom və semestr işinin hazırlanması

• Dörd inteqrasional-açılış görüşləri bütün təqaüdçülərin iştirakı ilə

• Liderlərin fəaliyyətinin inkişafına dərslər

• Praktika (2-4 həftə) adətən tədris ilinin yekunda

• Təqaüd proqramının yekun mərasimi – diplomların təqdimatı (iyun ayının sonu 2013 Varşava)

Programın rəhbəri Lane Kirkland (1922-1999) Amerika Həmkarlar İttifaqının Uzun müddət rəhbəri (AFL-CİO), Polşa-Amerika Fondunun yaradılmasında təşəbbüsçülərindən biri İdarə Heyyətinin üzvü idi. 80-ci illərdə "Həmrəylik" hərəkatını dəstəkliyir. O, digər mərkəzi avropa və Şərqdə digər millətlərin azad və demokratik dəstəkləyirdi. O ən yüksək fərqlənmə medalı "Azadlıq Medalı" və Polşa "Ağ Qartal Order"i ilə təltif olunmuşdur.

POLŞA-AMERİKA AZADLIQ FONDU (PAAF) - Proqram təsisçisi

Fond öz fəaliyyətini 2000-ci ildə başlamışdır. Fondun əsas məqsədi demokratiya,vətəndaş cəmiyyəti, fərdi və sosial inkişaf üçün bərabər imkanlar, bazar iqtisadiyyatının inkişafı, eləcə də Mərkəzi və Şərqi Avropa keçid ölkələri arasında Polşa təcrübə mübadiləsinin gücləndirilməsidir. Fond öz fəaliyyətini fondun gəlirindən maliyyələşdirir, hansının əsas maliyyələşdirmə mənbəyi Polşa-Amerika Təşəbbüs Fondudur. Hal-hazıradək PATF-u 250 mln ABŞ dollar programı maliyyələşdirmişdir. 2000-ci ildən Fond öz programlarına 100 mln ABŞ dolları ayırmışdı.

Fondun elan etdiyi layihələr müxtəlif qeyri hökümət təşkilatları tərəfindən icra edilib, Fond tərəindən hazırlanmış kriteriyalara uyğun olaraq. Layihələr aşağıdakı tematik sahələri əhatə edir: təhsil, demokratik ölkədə vətəndaş hüquqları, icma inkişafı, Polşa təcrübə mübadiləsi kimi layihihələr.

Lane Kirkland təqaüd programı PAFW uzunmüddətli layihələrindən biridir, Program Stypendialnym. Lane'a Kirklanda jest długofalowym przedsięwzięciem PAFW, 2000-ci ildə yaradılmış, 2001-ci ildən Fulbright Komissiyası tərəfindən icra edilən. Fond haqqında əlavə məlumat internet səhifımizdən əldə edə bilərsiz:

http://www.pafw.pl

POLŞA-AMERIKA FULBRIGHT KOMISSIYASI – Program icraçısı

Polşa Fulbrayt Komissiyası Polşa Respublikası və Amerika Birləşmiş Ştatlarının 10 Mart 2008 (birinci müqavilə 22 mart 1990-cı il tarixində imzalanmışdır) hökumətləri tərəfindən imzalanmış müqavilə əsasında fəaliyyət göstərir. Polşa Fulbright Progrmı Komissiyası Mərkəzi və Şərgi Avropada ən böyük və nüfuzlu Polşa amerika mübadilə programıdı. Fulbright Komissiyasının əsas məqsədi Polşa və ABŞ arasında elmi və mədəni əməkdaşlıq, beynəlxalq mübadilə fəaliyyətlərini dəstəkləməkdir. 16 təqaüd proqram çərçıvəsində Komissiya təhsil, elmi araşdırma, akademik və mədəni fəaliyyət, eyni zamanda beynəlxalq tələbə mübadiləsi, alim və müəllimlər sahələrini əhatə edən layihələri dəstəkləyir, Fulbright proqramının əsas məqsədi elmi və mədəni təcrübə mübadiləsi yolu ilə müxtəlif millətlər arasında qarşılıqlı anlaşma və razılaşmanı təmin etməkdir. Təqaüd proqramı Polşa və Amerika höküməti tərəfindən maliyyələşdirilir. 50 il ərzində Fulbright programının çərçivəsində 1900 təqaüdçü Amerika ali təhsil ocaqlarında elmi araşdırma aparıb, təqribi eyni sayda Amerika alimləri Polşa universitetlərində təhsilini davam ediblər, mühazirələr və ya öz elmi araşdırmalarını tamamlayıblar.

http://www.fulbright.edu.pl

Paylashmaq