ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Ekologiya mövzusunda Tədbirə dəvət

Şrift ölçüsü: Decrease font Enlarge font
Ekologiya mövzusunda Tədbirə dəvət

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu 2010-cu il mart ayının 16-də saat 11:00-da “Caspian Plaza” Hotelinin Biznes Mərkəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu ili “Ekologiya ili” elan edilməsi ilə əlaqədar “Ekologiya Uşaqların gözü ilə” mövzusunda Dəyirmi Masa keçirməyi planlaşdırır.

Dəyirmi Masada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı şəhər üzrə Təhsil İdarəsi,  Azərbaycan Dövlət Tibb Universiteti, BMT, BP, ATƏT, UNİCEF, ARDNŞ, QHT, KİV və s. nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Fondun mütəxəssisləri interaktiv üsullarla ekoloji şuurun formalaşması istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı şəhəri və onun ətraf qəsəbələrində yerləşən 3 uşaq evi (1, 2, 3 saylı) və 2 internat məktəbində (9 və 11 saylı)  yanvar və fevral aylarında “Ekologiya uşaqların gözü ilə” mövzusunda maarifləndirici təlimlər həyata keçirmişdir.

Keçirilmiş təlimlərin məqsədi kimsəsiz uşaq evlərində şagirdlər arasında maarifləndirmə ilə yanaşı şifahi sorğunun həyata keçirilməsi idi.

Sorğunun nəticəsində məlum olmuşdur ki, şagirdlərin respublikanın ekoloji durumunun yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər və onun aktual ekoloji problemləri ilə əlaqədar məlumatlandırılmasına böyük maraq və ehtiyac var. Şagirdlərin bu marağını nəzərə alaraq gələcəkdə bu istiqamətdə  fondumuz digər ekoloji təşkilatların da fəaliyyətinin genişləndirməsini məqsədə uyğun hesab edir.

Bu məqaləni qiymətləndirin:
7.50
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944