ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

İSİM Tələbələr üçün Seminar proqramları

Şrift ölçüsü: Decrease font Enlarge font
İSİM Tələbələr üçün Seminar proqramları

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD), tələbələr üçün Cümə Günləri Seminarları Proqramı təşkil edir. Seminarlarda iştirak üçün qeydiyyat tələb edilir, yerlər məhdud olduğundan daha tez qeydiyyatdan keçənlər seminara dəvət ediləcək.

Proqram çərçivəsində tələbələr Mərkəzin ofisində hər həftənin cümə günləri təşkil ediləcək iqtisadi və sosial məsələrin müzakirəsində yaxından iştirak etmək imkanı qazanacaqlar. Yerli və xarici tanınmış ekspertlərin iştirakı ilə keçirilən müzakirələrdə iqtisadi nəzəriyyələr, qlobal iqtisadi dəyişikliklər, iqtisadi islahatlar və s. mövzulu məsələlər müzakirə ediləcək. Seminarlarda bir sıra iqtisadi dövlət qurumlarının əməkdaşları da mühazirəçi kimi iştirak edəcəklər.

Xahiş olunur proqramda iştirak etmək istəyənlər İSİM Gənc İqtisadçılar Klubunun rəhbəri Kənan Kərimzadəyə,  kanankarimzada@cesd.az  ünvanına müraciət etsinlər. Göndərilən elektron məktubların başlıq mövzusunda “Friday Seminars” qeyd edilməlidir.

Proqramda iştirak pulsuzdur.

Seminarlar zamanı İSİM-in daxili imkanları hesabına çay və kofe fasiləsi təşkil ediləcək. Müzakirələr auditoriyadan asılı olaraq ingilis və azərbaycan dillərində aparılacaq. Qeyd edək ki seminarlar Mart ayından etibarən başlayır.

Xahiş olunur telefon zəngləri olmasın.

Əlavə məlumatı mərkəzin internet adresindən əldə edə bilərsiniz: www.cesd.az

Bu məqaləni qiymətləndirin:
9.43
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944