ELANLAR

Könüllülər Proqramı

Magnus Təhsil Mərkəzi Könüllülər Proqramı elan edir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

UNESCO Beynəlxalq Liderlik Proqramı

Şrift ölçüsü: Decrease font Enlarge font
UNESCO Beynəlxalq Liderlik Proqramı

UNESCO sədrliyi və Konnektikut Universitetinin Müqayisəli İnsan Haqları İnstitutu 6-cı illik Beynəlxalq Liderlik Proqramına: Qlobal Nəsillərarası Foruma müraciətləri qəbul edir. İctimai işlərdə və insan haqları problemlərinin həllində təcrübəyə malik olan 18-30 yaş arası gənclər müraciət edə bilər.

Konnektikut Universiteti, ABŞ

 

Proqramın keçiriləcəyi müddət: 6-14 avqust 2010-cu il

Müraciət üçün son tarix: 26 fevral 2010-cu il

Açıqdır: 18-30 yaş arası gənclər üçün

 
Forumun əsas məqsədləri:
- gənc liderlərin yaranan insan haqları problemlərinin həllinə cəlb edilməsi;
- gəncləri insan haqları sahəsində effektiv liderlər olmaları üçün hazırlamaq;
- öz cəmiyyətlərində insan haqlarının inkişafında həlledici və konstruktiv rol oynamaları üçün

  gənc liderlərə təkan vermək və onları dəstəkləmək;
- insan haqları sahəsində gələcək liderlər arasında həmrəylik şəbəkəsi yaratmaq və s.

Forumda bütün dünya üzrə öz cəmiyyətlərində insan haqlarının inkişafına cəlb olunmuş gənclər iştirak edə bilərlər. Seçilmiş gənclər insan haqları üzrə daha yaşlı və təcrübəli  mütəxəssislərlə dialoq şəraitində idarəetmə bacarıqları və insan haqlarının qlobal səviyyədə daha geniş anlaşılmasını əldə edəcəklər.

Seçim şərtləri

İctimai işlərdə və insan haqları problemlərinin həllində təcrübəyə malik olan 18-30 yaş arası gənclər müraciət edə bilər. İngilis dilini mükəmməl bilmək tələb olunur.

Bütün müraciətlər 2010-cu il fevralın 26-dan gec olmayaraq bu elektron ünvanına göndərilməlidir: unescochairintern@uconn.edu

 

Daha ətraflı: http://www.unescochair.uconn.edu/images/essaytext.pdf
Email:
unescochairintern@uconn.edu

Bu məqaləni qiymətləndirin:
9.33
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 1051