ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Gürcüstanda Beynəlxalq Seminar

Şrift ölçüsü: Decrease font Enlarge font
Gürcüstanda Beynəlxalq  Seminar

“Rasizm və Qeyri-tolerantlıq əleyhinə mübarizə: Birgə Gələcək üçün Ümumi Proqram” adlı seminar 20 - 26 aprel 2010 - cu ildə Bakurianidə, Gürcüstanda keçiriləcəkdir.

Layihənin ideyası son bir neçə ildə nifrət zəminində zorakılıq üzrə apardığımız tədqiqatların təcrübəsi əsasında hazırlanmışdır. Nifrət zəminində zorakılıq özünün müxtəlif formaları ilə müxtəlif ölkələrdə, eləcə də bütünlükdə Avropa cəmiyyətində rifah və demokratik inkişafa təsir edən  insan haqlarına qarşı zorakılığın ən vacib formalarındandır. Bu sahədə görülən işlər göstərir ki, bütün səviyyələrdə rasizm və qeyri-tolerantlığa qarşı mübarizədə resursların mobilizasiyası və profilaktik tədbirlər nöqteyi-nəzərindən  maraqlı təşkilatlar, gənclər tərəfindən hələ çox işlər görülməlidir. Müxtəlif cəmiyyətlərdə sülh şəraitində yaşamaq, insanların hüquq və ləyaqətlərinə, insan haqqları və Avropa Şurasının (ümumi ailə kimi) dəyərlərinə hörmətlə yanaşmaq bu birliyin ümumi təhlükəsizliyi və inkişafı üçün rəhbər tutduğu əsas cəhətlərdəndir.


Müraciət proseduru və texniki məlumat

_ Müraciət etmək üçün namizədlər müraciət formasını doldurmalıdırlar.

_ Müraciətlərin “21 Century” Birliyinə göndərilməsi üçün son tarix 10 mart 2010-cu ildir.

Yalnız seçilmiş namizədlərlə  2010-cu il martın 15-dək əlaqə saxlanılacaq və onlara toplantının məlumat paketi göndəriləcək.

İşçi dil:  Toplantının işçi dili ingilis dilidir.

İştirak edən ölkələr:

Avropa Şurasına daxil olan bütün ölkələr

Praktik məlumat:

Yaşayış yeri: Yaşayış və qidalanma xərcləri  Gürcüstanda toplantının  keçiriləcəyi bütün müddət ərzində “21 Century” Birliyi tərəfindən ödəniləcəkdir.

Sığorta: İştirakçılardan toplantının keçiriləcəyi müddət üçün bədbəxt hadisə, vətəndaş məsuliyyəti və xəstəliklər üçün sığortalarının olması tələb olunur, təşkilatçılar sığorta xərclərini ödəmir.

Keçirilmə yeri: Bakuriani, Gürcüstan (Dəqiq yer bildiriş və dəvət məktublarında göndəriləcəkdir)

Tarixlər:

Gəlmə günü  Cümə axşamı – 20 Aprel 2010-cu il

Getmə günü  Bazar ertəsi   26 Aprel 2010 -cu il

Səfər xərcləri və viza məsrəfləri:

Müvafiq sənədlər təqdim edildikdən sonra faktik kompensasiyanı almaq üçün aşağıdakı cədvələ istinad edin! Nəzərinizə çatdırırıq ki, təşkilat , əvvəlcədən razılaşdırıldığı kimi, yalnız ən ucuz səfər xərclərinin qarşılığını ödəyir. Avropa Şurasının şərtlərinə müvafiq olaraq səfər xərclərinin 70%-i, viza xərcləri isə (müfaviq sənədlər təqdim edildikdən sonra) tam ödənilir. Yalnız toplantının 80%-dən çoxunda iştirak etmiş iştirakçılara xərclərin qarşılığı ödəniləcəkdir. Bütün ödəmələr iştirakçılara ya tədbirin əvvəlində, ya da sonunda ediləcəkdir (xahiş olunur ki, arzu etdiyiniz ödəmə metodunu təşkilatçılara bildirəsiniz: nağd, bank hesabına və s.). Bu tədbirdə iştirak üçün heç bir haqq tələb olunmur.

Ərizə formasını əlavə edilmiş fayldan yükləyə bilərsiz!

Bu məqaləni qiymətləndirin:
8.00
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944