ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

BMT-nin Belqrad Modeli

Şrift ölçüsü: Decrease font Enlarge font
BMT-nin Belqrad Modeli

Serbiya BMT Assosiasiyası 2010-cu ilin 18-21 mart tarixlərində Belqrad şəhərində 7 –ci ardıcıl “BMT-nin Belqrad Modeli– BİMUN” konfransını təşkil edir. BİMUN-da iştirak edəcək namizədlər bütün dünya üzrə sosial elmlər sahəsinin tələbələridir.

BİMUN tələbələrə cari beynəlxalq problemlər və BMT sistemləri daxilində onların həll yolları ilə daha yaxından tanış olmağa, əsas diplomatik etiket qaydalarının istifadəsi və həmçinin öz şəxsi bacarıqlarının (natiqlik, danışıqlar, debatlar aparmaq və güzəştə getmək qabiliyyətləri) inkişafı üçün imkan yaradır.

Bu tədris tapşırığında  tələbələr BMT diplomatları rolunda çıxış edərək müxtəlif ölkələri təmsil edəcək və gündəlikdə duran müəyyən mövzuları müzakirə edəcəklər. İştirakçılar nümayəndələr kimi BMT prosedurlarına uyğun olaraq strategiya və həll yollarını işləyib hazırlayacaq, münaqişələr haqda danışıqlar apararaq onları həll edəcəklər.

''BIMUN 2010'' yeni təcrübə, diplomatik debatlar və gənc liderlərin qarşılıqlı əlaqəsi üçün imkan yaradacaqdır. Konfransın işçi dili ingilis dili olacaqdır.

Belqrad Model BMT – “BİMUN 2010”  gündəlikdə duran real mövzulara istiqamətlənmiş sıradakı BMT təşkilatlarının hərtərəfli modelləşməsinə imkan yaradacaqdır:

BMT  TƏHLÜKƏSİZLİK ŞURASI : "Əfqanıstanda vəziyyət"

BAŞ ASSAMBLEYAnın  II Komitəsi: ''İqlim dəyişiklikləri üzrə Qlobal Razılaşma"

İNSAN HAQQLARI ŞURASI: "Cənub-şərqi Avropada Romanın mövqeyi"

UNESCO Dünya İrs Komitəsi: “Cənub-şərqi Avropada Dünya İrsi – Mədəniyyətlərin yaxınlaşma amili”


BIMUN PLENUMU: ''BMT və NATO: Sülhün qorunmasında Əməkdaşlıq”.


<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

Bu tədbirdə iştirak üçün seçilə biləcək namizədlər sosial elmlər sahəsində yaşı 30-dək olan və ingilis dilini mükəmməl bilən tələbə və aspirantlardır. Namizədlər həmçinin  tam doldurulmuş müraciət forması və 250 sözdən çox olmamaqla motivasiya məktubu göndərməlidirlər.

Müraciətlər  2009-cu il dekabrın 10-dan 2010-cu il yanvarın 30-dək qəbul edilir.


Fərqlənən iştirakçılar  maliyyə mükafatı və “BİMUN Plus” layihəsində iştirak imkanı qazanacaqlar.

Konfrans və müraciət proseduru haqda daha ətraflı məlumat üçün sıradakı saytlara daxil olun:
www.bimun-unaserbia.org  və ya  www.unaserbia.rs.

Bu məqaləni qiymətləndirin:
8.50
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944