ELANLAR

Könüllülər Proqramı

Magnus Təhsil Mərkəzi Könüllülər Proqramı elan edir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Müsabiqə

Şrift ölçüsü: Decrease font Enlarge font
Müsabiqə

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu ictimai siyasət üzrə araşdırma qruplarının inkişafı proqramı daxilində 2010-cu il üçün müsabiqə elan edir.

 

İctimai siyasət üzrə araşdırma qruplarının inkişafı proqramı cəmiyyət üçün aktual olan mövzular üzrə fərdi və birgə tədqiqatların aparılmasını, həmin tədqiqatların müzakirəsini və nəticə olaraq səmərəli təkliflərin həyata keçirilməsi üzrə ictimai maraqların qorunması tədbirlərin görülməsini qarşısında məqsəd kimi qoyur. Elmi araşdırma mərkəzlərinin, fərdi tətqiqatçıların və vətəndaş cəmiyyətinin fəallarının ayrı-ayrı sahələr üzrə inkişaf proseslərinə müsbət təsiri, habelə cəmiyyətin maarifləndirilməsi hazırkı müsabiqənin  məqsədləridir.

 

Müsabiqəyə təqdim ediləcək araşdırma mövzuları aşağıdakı tələblərə cavab verməlidir:

1)       Hər bir təklifdə ümumi problemə azı iki müxtəlif, lakin əlaqəli tətqiqat yanaşması göstərməli, praktik əhəmiyyəti izah edilməlidir;

2)       Hər bir tətqiqat müasir elmi səviyyəli təcrübə, üsul və nəticələrə arxalanmalı, mütəxəssislərin rəy sorğusu, onlarla müsahibə və mənbələrin elmi təhlilini ehtiva etməlidir.

3)       Hər bir tətqiqatın nəticəsi olaraq ölçülən praktik əhəmiyyəti və qiymətləndirmə meyarları göstərilməlidir.

 

Müsabiqəyə təqdim ediləcək araşdırma təklifləri iqtisadiyyat, daxili və xarici siyasət, ədalət məhkəməsinin vəziyyəti, İslam dəyərləri, sosial strukturunun inkişafı, ekoloji problemlərin həlli, sosial – psixoloji təhlil və başqaları ola bilər.

 

Müsabiqə siyasi fəaliyyəti, ayrı-ayrı fərdlərə maddi yardımı, təhsil üçün təqaüdləri dəstəkləmir.

 

Ərizələr 2010-cu il iyulun 14-dən sentyabrın 14 saat 15:00 qədər təqdim edilə bilər. Nəticələr 8 oktyabr  2010-cu il tarixinə qədər fondun rəsmi İnternet saytında www.osi.az  elan ediləcəkdir: layihənin qeydiyyat nömrəsini daxil etməklə siz layihəniz barədə məlumat əldə edə biləcəkslniz. Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı müsabiqəyə həsr olmuş məlumat sessiyasında 2010-cu il avqustun  31 saat 17:00-da Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda əldə edə bilərsiniz.

 

Diqqət: ACİ – YF 2010-cu il avqustun 2 – 22 tarixlərində bağlı olacaqdır.

 

Qeyd: Müsabiqə ilə bağlı sualları Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda vətəndaş cəmiyyəti proqramına akademik Həsən Əliyev küç. 117A, Bakı, AZ1110, Tel: (994 12) 564-34-65, Faks: (994 12) 564-34-66, E-mail: fsuleymanov@osi-az.org ünvanlandıra bilərsiniz.

------------------------------------------------------------------------------------------------------------------

Bu məqaləni qiymətləndirin:
9.33
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 1054