ELANLAR

Könüllülər Proqramı

Magnus Təhsil Mərkəzi Könüllülər Proqramı elan edir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Humanist Təşkilatlar üçün Qrant İmkanı

Şrift ölçüsü: Decrease font Enlarge font
Humanist Təşkilatlar üçün Qrant İmkanı

Beynəlxalq Humanist və Etik İttifaq (BHEİ), HIVOS-la birlikdə BHEİ-HIVOS Humanist Şəbəkə və 2010-cu il İnkişaf Proqramının bir hissəsi kimi münasib layihələrin maliyyələşdirilməsi məqsədilə müvafiq təşkilatlar üçün müsabiqə élan edir.

 

BHEİ “dünyanın 40-dan artıq ölkəsində 100-ə qədər üzv təşkilatı özündə birləşdirən (humanist, rasionalist, ateist və s üzrə) dünya birliyi İttifaqıdır. BHEİ dinin dövlətdən ayrı (müstəqil) fəaliyyəti, vicdan və ifadə (söz) azadlıqlarının irəli sürülməsi və müdafiəsi kimi məsələlərin həlli istiqamətində fəaliyyət göstərir. BHEİ və HIVOS 1988-ci ildən bəri insan hüquqları və Humanist yönümlü bir çox layihələrin inkişaf etdirilməsi və maliyyələşdirilməsi istiqamətində əməkdaşlıq edir.

Kimlər müraciət edə bilər?

Bu qrantlar yalnız Humanist, insan hüquqları ilə əlaqəli fəaliyyət göstərən təşkilatlar üçün nəzərdə tutulmuşdur. Aşağıdakı təşkilatlar müraciət edə bilərlər:

  1. İnkişaf etməkdə olan ölkələrdən olan
  2. Son 10 il ərzində BHEİ-HIVOS proqramları çərçivəsində qrantlar almış təşkilatlar
  3. Ərizə ilə qəbul edilə bilən münasib təşkilatlar (1 avqust 2010-cu il tarixinədək).

Qrant kriteriyaları:

Layihələr aşağıdakı sahələrdən biri və ya bir neçəsi üzrə konkret məqsədlərə nail olunmasına yönəlməlidir.

    Humanizm

    ateizm

    insan hüquqları-nın irəli sürülməsi (təmin olunması)

    elmi metod və ya

    təşkilatların özləri tərəfindən səlahiyyət və bacarıqlarının təmin olunması.

Hər bir layihə çərçivəsində maksimum maliyyələşdirmə məbləği ilə 10 000 Avro nəzərdə tutulmuşdur. Layihələr 2011-ci il ərzində tamamlanan olmalıdırlar. 2 il davam edəcək layihələr isə hər ilin başlanğıcında müvafiq məbləği əldə edə biləcəklər.

Layihələr 2010-cu il 1 sentyabr tarixinə qədər təqdim oluna bilər. Daha ətraflı məlumat üçün link-nə nəzər salın.

Bu məqaləni qiymətləndirin:
5.67
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 1051