ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Beynəlxalq Jurnalistika üzrə Knight Mükafatı

Şrift ölçüsü: Decrease font Enlarge font
Beynəlxalq Jurnalistika üzrə Knight Mükafatı

Beynəlxalq Jurnalistlər Mərkəzi peşəkar və ya vətəndaş jurnalistikası üzrə, işləri öz həmvətənlərinin həyatında mühüm əhəmiyyət kəsb edən namizədlər axtarışındadır. Qaliblər ABŞ-a səyahətlə mükafatlandırılacaq, 3.000 $ məbləğində nəğd pul və büllur trofey əldə edəcəkdir.

Tarix: 9 noyabr 2010-cu il

Müraciət üçün son tarix: 2 aprel 2010-cu il


Açıqdır: Mətbuat, radio-televiziya və ya onlayn media sahələrindən olan namizədlər üçün.

 

Beynəlxalq Jurnalistlər Mərkəzi peşəkar və ya vətəndaş jurnalistikası üzrə, işləri öz həmvətənlərinin həyatında mühüm əhəmiyyət kəsb edən namizədlər axtarışındadır. Bu, Knight Beynəlxalq Jurnalistika Təqaüdlərinin missiyasını əks etdirir. Təqaüdlər həmçinin bütün dünyada cəmiyyətin maraqları daxilində yeniliklərin keyfiyyətini və azad axınını təkmilləşdirəcək olan əhəmiyyətli dəyişikliklərə səbəb olmaq  niyyətindədir.


Artıq 13-cü ildir ki, Beynəlxalq Jurnalistlər Mərkəzi bütün dünya üzrə tanınmış media peşəkarlarını təltif edir. Keçmiş nominantlar arasında hakimiyyət korrupsiyasını, hərbi cinayətləri və digər mühüm mövzuları ifşa edən aparıcı jurnalistlər var idi. Bu il nominasiyalar həmçinin jurnalist fəaliyyətinin  cəmiyyətin həyatını yaxşı tərəfə dəyişməyə nə dərəcədə təsir etməsini də əhatə edəcək.

 

Seçim  meyarları:

Namizədlər mətbuat, radio-televiziya və ya onlayn media sahələrindən ola bilər.

Mükafat:
Qaliblər ABŞ-a səyahətlə mükafatlandırılacaq və burada 2010-cu ilin noyabrın 9-da Beynəlxalq Jurnalistlər Mərkəzinin Mükafatlandırma mərasimində təltif olunacaq. Hər bir  qalib 3.000 $ məbləğində nəğd pul və büllur trofey əldə edəcəkdir.

Nominasiya proseduru:
Mükafat üzrə namizədliyini irəli sürmək istəyən jurnalistlər onlayn müraciət formasını doldurmalıdırlar.
Daha müfəssəl məlumat əldə etmək üçün  Emily Schult –la bu ünvanda əlaqə saxlayın: eschult@icfj.org

 

Daha ətraflı: http://knight.icfj.org/Awards/KnightAwardsOverview/tabid/81/Default.aspx
Email:
eschult@icfj.org

Bu məqaləni qiymətləndirin:
9.00
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944