ELANLAR

Könüllülər Proqramı

Magnus Təhsil Mərkəzi Könüllülər Proqramı elan edir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Avropada ən gözəl Minarənin seçilməsi üzrə Müsabiqə

Şrift ölçüsü: Decrease font Enlarge font
Avropada ən gözəl Minarənin seçilməsi üzrə Müsabiqə

COJEP İnternational, İMCOSE və Britaniya Şurası fotoşəkil müsabiqəsi vasitəsilə Avropada ən gözəl minarənin seçiminə başlamışlar. Qaliblər Avropa Parlamentində 2010-cu ilin aprelin 20-də keçiriləcək olan mətbuat konfransında elan olunacaqlar. Ən gözəl minarə və məscid şəkillərinin sərgisi bu ilin sonlarına doğru Avropa Şurasında keçiriləcəkdir.

 

Minarələr də daxil olmaqla məscidlər bizim şəhər mənzərələrimizin estetikasına hər zaman xüsusi rəng qatırlar. Onlar bizim şəhərlərimizdə müsəlman cəmiyyətinin mövcudluğunu və digər inancların və dinlərin nümayəndələri ilə birlikdə birgə yaşayış, sülh və hörmətin təcəssümüdürlər. Buna baxmayaraq, son zamanlar bəzi populist siyasətçilər və media nümayəndələri minarələri, onların  əsas hüquqlarını sıxışdırmaq üçün bir problemə çevirmişlər. Bu da etnik və dini azlıqlara hücumlar və Avropada müsəlmanlara qarşı nifrət zəminində cinayətlərin artmasına gətirib çıxarmışdır. Bu səbəbdən də universal İslamın mövcudluğunun nümayişi və digər dinlərdə olduğu kimi onun da davamçılarının açıq fəaliyyət göstərmələri mühümdür. Bu fotomüsabiqə həmçinin, İslam və müsəlmanların Avropa  dəyərləri və mədəniyyətini sarsıtması haqda qorxu və mənfi rəyləri dağıtmaq üçün nəzərdə tutulmuşdur.

İştirak etmək üçün Avropadakı məscid  rəhbərləri bütün təfsilat və xüsusiyyətləri (yerdən hündürlüyü, eni, inşa edilmə tarixi, inşa edilmə dövrü, memarın adı və s.)  əks olunmaqla minarələrinin  fotoşəkillərini 2010-cu il aprelin 15-dək göndərməlidirlər.

Toplanmış fotoşəkillər ilkin olaraq müsabiqənin meyarlarına uyğun gəlib-gəlmədiklərinin yoxlanılması məqsədilə münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcəklər. Münsiflər heyəti müxtəlif inanclara, etnik mənsubiyyətə  və mənşəyə malik olan insanlardan təşkil olunmuşdur. Onun vəzifəsi 2010-cu il aprelin 19-da Strasburqda  qalibləri müəyyən etməkdir.

Əsas mükafata layiq görülən tikilinin fotoşəkli Avropa İrsi Günləri saytında dərc olunacaqdır, sonuncunun əsas tədbiri isə 2010-cu ilin avqustunda İstanbulda keçiriləcəkdir.

Tam qalib  şəhər rəsmilərinin, məscid  liderlərin və münsiflər heyəti üzvlərinin iştirakı ilə minarənin inşa edildiyi şəhərdə keçiriləcək olan tədbirdə mükafatlandırılacaqdır. Fotoşəkillərdən ibarət albom müsabiqənin sonunda dərc olunacaqdır.

Xahiş olunur, fotoşəkilləri 2010-cu ilin aprelin 15-dək bu ünvana göndərəsiniz:

minaretcontest@cojep.com

 

Cojep International – 18 rue du Chemin de

Fer F-67200 STRASBOURG

Tél : +333 88 84 49 30 –

Fax : +333 88 34 75 94

www.cojep.com

cojep@cojep.com

Bu məqaləni qiymətləndirin:
9.00
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 1038