ELANLAR

Könüllülər Proqramı

Magnus Təhsil Mərkəzi Könüllülər Proqramı elan edir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

İspaniyada İncəsənət və Tədqiqat Qrantları

Şrift ölçüsü: Decrease font Enlarge font
İspaniyada İncəsənət və Tədqiqat Qrantları

Montehermoso Kulturunea Mədəniyyət Mərkəzi özünün müasir yaradıcılıq və təfəkkür sahəsində tədqiqatları dəstəkləmək istəyinə müvafiq olaraq müxtəlif qrantlar seriyasına müraciətləri açıq elan edir. Açıqdır: istənilən milliyyətdən və yaşdan olan namizədlər üçün.

Davametmə müddəti: 12 ay

Müraciət üçün son tarix: 31 mart 2010-cu il

Vitoria-Gasteiz Şəhər Şurası tərəfindən irəli sürülən bu təşəbbüsün məqsədi sıradakı kateqoriyalarda seçilmiş 13 layihənin həyata keçirilməsinə yardım etməkdir:

*İNCƏSƏNƏT LAYİHƏSİNİN İCRASI*
Qarşıdan gələn 12 ay ərzində incəsənət layihələrinin həyata keçirilməsini təmin etmək üçün 8 qrant mükafatı ayrılmışdır. Qrantlardan hər biri 10 000 avroyadək olacaq və layihənin icrası üçün maksimum 7000 avro və qonorar və müəlliflik hüququ üçün 3000 avro məbləğlərini əhatə edəcək. İcra edilmiş iş 2011-ci il proqramı çərçivəsində Montehermoso Kulturunea Mədəniyyət Mərkəzində təqdim ediləcəkdir.

*KURATORLUQ*
Ən az 4 rəssamın iştirakı ilə kurasiya olunan bir sərgi layihəsinin icrası üçün 1 qrant mükafatı ayrılmışdır. Seçilmiş layihə 2011-ci il proqramı çərçivəsində Montehermoso Kulturunea Mədəniyyət Mərkəzində sərgilənəcəkdir. Sərgi layihəsinin mükafatı 15000 avroyadək
olacaq və bunlardan 6000 avro kuratorluq haqqları və müəlliflik hüququ üçün ayrılacaqdır.

*TƏDQİQAT*
Müasir İncəsənət və Təfəkkür sahəsində tədqiqatların inkişafı üçün 3 qrant mükafatı ayrılacaqdır. Rubrika daxilində qrantlardan ən azı  biri İspaniyada Feminist İncəsənətin İstorioqrafiyası mövzusu ilə əlaqədar layihələrin inkişafına yönəldiləcəkdir. Tədqiqat layihəsi üçün mükafatın məbləği 9000 avroyadək  olacaqdır. Bu məbləğ tədqiqatçıların qonorarları, eləcə də layihə icra xərclərini əhatə edəcəkdir. Montehermoso Kulturunea Mədəniyyət Mərkəzi tədqiqat işlərini nəşr etdirmək niyyətindədir.

*FİLM SSENARİSİ*
Film ssenarisi layihəsinin inkişafı üçün 1 qrant ayrılacaqdır. Bu layihənin inkişafı üçün qrantın məbləği 9 000 avroyadəkdir. Bu məbləğ  tədqiqatçıların qonorarları, eləcə də layihənin icra xərclərini əhatə edəcəkdir.

http://www.montehermoso.net/docs/doc4b544579b6c14CONVOCATORIA%202010%20english.pdf

Bu məqaləni qiymətləndirin:
8.67
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 1038