ELANLAR

ABŞ Universitetlərinin Təhsil Sərgisi

Sizi mart ayının 30-da təşkil olunacaq ABŞ Təhsil Yarmarkasında iştirak etməyə dəvət edirik.
BİZİMLƏ BRUNCH
SORĞU
Saytımızda ən çox nələri görmək istəyirsiniz?

Norveç Səfirliyinin 2010-cu il üçün Kiçik Qrantlar Proqramı

Şrift ölçüsü: Decrease font Enlarge font
Norveç Səfirliyinin 2010-cu il üçün Kiçik Qrantlar Proqramı

Norveç Krallığının Bakıdakı səfirliyi 2010-cu il yanvarın 1-dən etibarən özünün 2010-cu il üçün Kiçik Qrantlar Proqramı üzrə müraciətləri qəbul edir.

 

Biz mart ayının sonlarından həyata keçirilməsi nəzərdə tutulan layihələr üzrə təklifləri gözləyirik. Qrant alacaq bütün təşkilatlara Səfirlik tərəfindən xəbərdarlıq ediləcək və onların adları Səfirliyin web-saytında dərc olunacaqdır. Çoxsaylı müraciətlər səbəbindən uyğun olmayan namizədlərə birbaşa xəbərdarlıq edilməyəcəkdir.

Səfirlik həm Azərbaycandan, həm də Gürcüstandan layihə müraciətlərini qəbul edir.

2009-cu ildə Səfirliyin Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə birgə dəstəklədiyi layihələr haqda daha ətraflı məlumatı burada əldə edə bilərsiniz. Səfirliyin ATF ilə əməkdaşlığa  əlavə olaraq dəstəklədiyi layihələrlə  burada tanış ola bilərsiniz.
Səfirliyin Kiçik Qrantlar Proqramının məqsədi insan haqları, demokratikləşmə, media, gender məsələləri, ətraf mühit, sağlamlıq, mədəniyyət, şəffaflıq və s. sahələrdə olan layihələri dəstəkləməkdir.
Avrasiya Tərəfdaşlıq Fondu (ATF) müxtəlif layihələrin həyata keçirilməsində Səfirliklə əməkdaşlıq edir. ATF-nun Səfirliyə münasibətdə rolu haqda burada  oxuya bilərsiniz. Səfirlik qrantlarının məbləğləri 1000$  – 20 000$ arasındadır. Kiçik qrantlar proqramı haqda suallarınızı bu e-mailə ünvanlayın: emb.baku@mfa.no

Diqqət! Səfirlik dəstəklənəcək layihələri müstəsna olaraq burada göstərilmiş müraciət formasında yazılmış təkliflər əsasında seçəcəkdir. Təklifi təqdim etməzdən öncə, rəhbər prinsipləri diqqətlə oxuyun. Müxtəlif namizədlər arasından ədalətli seçim prosesinə zəmanət vermək məqsədilə Səfirliyin əməkdaşları yazılı təkliflər təqdim edilməyincə və nəzərdən keçirilməyincə layihə koordinatorları ilə görüşməyəcəklər.

Nəzərə alın ki, yalnız saytdakı müraciət formasında yazılı formada və son tarixlərədək təqdim olunmuş təkliflər nəzərdən keçiriləcəklər.

Onu da nəzərə alın ki,  yalnız uğurlu namizədlərlə əlaqə saxlanılacaq.

Səfirliyə müraciətlərin son tarixi 1 mart 2010-cu ildir.

Bu məqaləni qiymətləndirin:
7.79
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 574