Futbol azarkeşləri üçün Onlayn Müsabiqə
British Midland International, və “Qəbələ” FK futbol azarkeşləri üçün onlayn müsabiqə keçirir. Müsabiqədə futbol azarkeşlərindən “Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik” tapmaq xahiş olunur.
Müsabiqənin məqsədi Azərbaycanın futbol azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək və hər iki ölkədə sevilən oyun arasında fərqləri və oxşarlıqları tapmaq imkanı verməkdir. Birinci yerin sahibi Londona pulsuz ikitərəfli bilet qazanacaq. İkinci və üçüncü yerlərin sahiblərinə də hədiyyələr veriləcək. Müsabiqənin tam şərtləri ilə “Qəbələ” FK-nın İnternet səhifəsində tanış olmaq olar (www.gabalafc.az).
Futbol müsabiqəsi təşəbbüsünü şərh edən bmi şirkətinin Azərbaycandakı Satış üzrə Meneceri Səbinə İsmayılova qeyd edib: “Futbol sadəcə oyun deyil. Mən düşünürəm ki, bir müddət əvvəl futbol üzrə dünya çempionatı atmosferinin hamı tərəfindən hiss edilməsi də buna sübutdur. Futbol insanları daha yaxın və daha xoşbəxt edir. bmi müasir Britaniya hava yollarıdır və baxmayaraq ki, Britaniya futbolu İngiltərədə keçmişdə yaranıb, o da müasirləşib. bmi şirkəti Azərbaycanda futbol dünyasının bir hissəsi olmağa şaddır və biz müsabiqənin başlanmasına hazırıq”.
“Qəbələ” FK-nın İcraçı Direktoru Alastair Saverimutto müsabiqə haqqında fikirlərini bölüşərkən deyib: “Biz “Qəbələ” FK-da yeni və həyəcanlı bir dövrə daxil oluruq və bizim uzunmüddətli uğurlarımızın əsas açarı bizim insanlarımız və biliklərimizdədir. Aydındır ki, biz digər futbol xalqlarından həm meydanda, həm də meydandan kənarda çox şeylər öyrənə bilərik və İngiltərə Premyer Liqasının klublarından öyrənmək imkanı sözsüz ki, bizim inkişafımızı sürətləndirəcək. Biz bu təşəbbüsü çox dəstəkləyirik və cavabları nəzərdən keçirməyi, öz azarkeşlərimizlə və ümumilikdə, futbol izləyiciləri ilə ünsiyyətdə olmağı səbirsizliklə gözləyirik”.
Müsabiqədə iştirak edəcək şəxslərin yaşı 18-dən yuxarı olmalıdır. Futbol azarkeşləri “Qəbələ” FK-nın səhifəsinə (www.gabalafc.az) baş çəkməklə müsabiqədə iştirak edə bilərlər. Müsabiqənin şərtləri və qaydaları haqda məlumatı azarkeşlər klubun İnternet səhifəsindən, Facebook səhifəsindən və klubun Facebook qrupundan əldə edə bilərlər. Müsabiqə iyulun 20-də başlayır və Avqustun 8-də bitəcək. Avqustun 8-dən gec göndərilən yazılar nəzərdən keçirilməyəcək.
- Son-
Red Communications PR və BTL Agentliyi
12 Bəsti Bağırova, Kermur Plaza
Tel: (+99412) 4368509
(+99412) 436 90 67
Email: info@redcom.az
Redaktor üçün qeyd:
bmi haqqında
bmi, dünyanın ən geniş aeroportlarından olan London Hitrouda ikinci ən böyük hava yoludur. bmi şirkətinin əsas uçuş marşrutları aşağıdakılardır: Aberdin; Əddis-Əbaba; Alma-Ata; Əmman; Bakı; Beyrut; Belfast; Bişkek; Qahirə; Dəməşq; Dammam; Dublin; Edinburq; Fritoun; Qlasqo; Hannover; Cidda; Xartum; London Hitrou; Mançester; Moskva Domodedovo; Ər-Riyad; Tbilisi; Tehran; Vyana; Yerevan.
bmi aşağıdakı regional aeroportlara uçuşlar təşkil edir: Aberdin; Birmingem; Brüssel; Kopenhagen; Şərqi Midlənd; Edinburq; Esbyerq; Qlasqo, Qroningen, Lids Bredford; Lion; Mançester; Norviç; Sürix
bmi 1997-ci ildə yaradılan, beynəlxalq səyahətçilər üçün dünyanın bütün məntəqələrinə çatmaq şəraiti yaradan və rahat xidmətlər təklif edən Star Alliance qrupunun üzvüdür. Star Alliance-nin bazar tərəfindən qəbul olunmasını bir sıra mükafatlar da təsdiq edir: Business Traveller Magazine və Skytrax tərəfindən təsis edilən “Hava Nəqliyyatı üzrə Dünya Bazarında Liderlik Mükafatı”, “Ən yaxşı hava yolları mükafatı”. Star Alliance qrupuna üzv olan hava yolları bunlardır: Adria Airways, Air Canada, Air China, Air New Zealand, ANA, Asiana Airlines, Austrian, Blue1, bmi, Brussels Airlines, Continental Airlines, Croatia Airlines, EGYPTAIR, LOT Polish Airlines, Lufthansa, Scandinavian Airlines, Shanghai Airlines, Singapore Airlines, South African Airways, Spanair, SWISS, TAP Portugal, Turkish Airlines, THAI, United və US Airways. Aegean Airlines, Air India, və TAM şirkətinin gələcək üzvlər olacagi elan edilib. Ümumiyyətlə, Star Alliance şəbəkəsi hər gün dünyanın 175 ölkəsində yerləşən 1,077 hava limanına 19,700 uçuş təklif edir.
“Qəbələ” FK haqqında:
"Qəbələ" Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı "Göy Göl" olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il Mayın 4-də klubun adı dəyişdirilərək "Gilan" qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayında - yüksək liqada debüt ərəfəsində "Gilan" Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən Qəbələ şəhərini təmsil edir. 2007-ci il Avqustun 31-də "Gilan" PFK adı "Qəbələ" PFK adı ilə dəyişdirilib. Hazırda "Qəbələ" Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib. Komandanın məqsədi növbəti mövsümdə medallar uğrunda mübarizə aparıb Azərbaycanı Avropa miqyaslı yarışlarda təmsil etməkdir.
-
04 Sentyabr, 2010
Könüllülər Proqramı -
03 Sentyabr, 2010
MI Karyera Mərkəzi -
03 Sentyabr, 2010
Gənc Mühasiblər Birliyinin kursları yenidən başladı -
03 Sentyabr, 2010
Dillər Universtitetində iki yeni ixtisas açıldı -
02 Sentyabr, 2010
Uşaqların psixoloji diaqnostikası -
02 Sentyabr, 2010
İspan dili kursu -
02 Sentyabr, 2010
Vakansiya - Müəllim -
Ən Yaxşı Səyahət Statusunu Yaz və bmi-dan Londona bilet qazan!
-
01 Sentyabr, 2010
British Council-ın Fəal Vətəndaşlar Proqramına indi müraciət edin -
01 Sentyabr, 2010
Mədəniyyətşünaslıqda Yeni İstiqamətlər Konfransı -
01 Sentyabr, 2010
“Hüquq Təşəbbüsləri Mərkəzi” İctimai Birliyi -
01 Sentyabr, 2010
Qol güləşi idman növü üzrə turnir -
01 Sentyabr, 2010
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilir -
01 Sentyabr, 2010
İçməli su təchizatının problemlərini araşdırmaq üçün maraqlı tərəflər bir araya gəldi -
31 Avqust, 2010
Hüquqi məsləhət -
31 Avqust, 2010
Vakansiya - Turizim şirkətində -
31 Avqust, 2010
Qadın Elmi İşçilər üçün Campbell Təqaüdü -
31 Avqust, 2010
“QHT Məktəbi” payız təlimlərinə başlayır -
31 Avqust, 2010
“Bir Dünya Min Millət" layihəsi -
30 Avqust, 2010
2011 Sasakava Mükafatı -
30 Avqust, 2010
“Yaşıl Həftə” adlı ekoloji-maarifləndirici kampaniya -
30 Avqust, 2010
NATO ilə əməkdaşlıq layihəsi -
30 Avqust, 2010
"Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” adlı Qrant layihəsi -
29 Avqust, 2010
“Ehtiyyatların idarə edilməsi və nəzarəti” mövzusunda təlim -
28 Avqust, 2010
Bloqçuların və Yeni Media Mütəxəssislərinin I Forumu -
28 Avqust, 2010
FLEX Proqramı -
28 Avqust, 2010
Bakıda korrupsiyaya qarşı mübarizə üzrə regional treninq keçirilib -
27 Avqust, 2010
İngilis dili müəllimləri üçün onlayn kurs (ETTO) -
27 Avqust, 2010
Vakansiyalar -
26 Avqust, 2010
Tender - Mingəçevir və yaxın regionda yerləşən məcburi köçkün məktəblərinin şagirdlərini məktəb ləvazimatları ilə təmin etmək -
26 Avqust, 2010
SİD İB-nin "Vərəm, Mrv və Vərəm/Hiv ilə Xəstə olan Qaçqın və Məcburi Köçkünlər Arasında Tədqiqat" layihəsi -
26 Avqust, 2010
«Tovuz rayonu Girzan kəndində Həkim Məntəqəsinin tikintisi» layihəsi -
25 Avqust, 2010
Qadın Xoşbəxtliyi seminarı -
25 Avqust, 2010
Open Society Fellowship Proqramı -
25 Avqust, 2010
Qiymətli kağızlar hüququ: İqtisadi əsaslar, qanunvericilik və beynəlxalq təcrübə mövzusunda bir günlük təlim -
25 Avqust, 2010
QHT-lərin PR Strategiyasının gücləndirilməsi təlimi -
24 Avqust, 2010
Gənclər Təqaüdü Kampaniyası -
24 Avqust, 2010
Lifelong Learning Magistr Təqaüdləri -
24 Avqust, 2010
Peşə sənətinə sahib olmuş məzun-gənclər Biznes qurmağa həvəslidirlər -
24 Avqust, 2010
"Qida təhlükəsizliyi idarəetmə sisteminin yaradılması və tətbiqinə praktiki yanaşma” mövzusunda təlim -
23 Avqust, 2010
AEGEE Training Camp -
23 Avqust, 2010
“Strateji Planlaşdırma” seminarı -
23 Avqust, 2010
Humanitar və Riyaziyyat elmləri Magistri Proqramı -
23 Avqust, 2010
Aerodalğalar: Avropada rəqs layihəsi -
1111- ci xəbərimiz
-
23 Avqust, 2010
Vakansiya - Viza assistenti və tərcüməçi -
23 Avqust, 2010
New Europe Kolleci Fellowship proqramı -
21 Avqust, 2010
Vakansiyalar - Siyasi İşçi, Mühafizəçi (qadın) -
21 Avqust, 2010
“Şimal Regionunda Turizmin İnkişafının Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi” adlı layihə -
21 Avqust, 2010
Psixoloji Təkmilləşmə Kursu -
21 Avqust, 2010
“Qəbələ” Futbol Klubu futbol azarkeşləri üçün keçirilən müsabiqənin nəticələri -
20 Avqust, 2010
“RESURS” Gənclərin İnkişafı İctimai Birliyi -
19 Avqust, 2010
Parlamentdə arzu olunan 10 gənc -
19 Avqust, 2010
Sosial Yeniliklər Düşərgəsi -
18 Avqust, 2010
“PR və ictimai vəkillik fəaliyyəti” haqqında 3 günlük təlim -
17 Avqust, 2010
Avropa Konvensiyasının 8 və 9-cu maddələri ilə bağlı təlim -
17 Avqust, 2010
Fransız və İngilis dili kursları -
17 Avqust, 2010
Təhsil Kreditləri -
17 Avqust, 2010
Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Təqaüdlər -
17 Avqust, 2010
Fransız dili kursları -
17 Avqust, 2010
Seminar- "Düzgün tərbiyə - sağlam ailə" -
16 Avqust, 2010
Bill Geyts Fondu 1 milyon dollarlıq Təhsil Mükafatı elan edir -
15 Avqust, 2010
“Youth in action” proqramı haqqında -
14 Avqust, 2010
"Regionlarda Gənclərə dəstək" layihəsi -
14 Avqust, 2010
“Avrointeqrasiya prosesinde KİV-in rolu” layihəsi -
12 Avqust, 2010
“Mənim ən yaxşı səyahət şəklim” müsabiqəsi -
12 Avqust, 2010
“Gənclərin seçkilərdə fəallığının artırılması” layihəsi -
11 Avqust, 2010
Qısa Müddətli Tədqiqat Təqaüdləri -
11 Avqust, 2010
Ukraynanın Lvov şəhərində Yay Məktəbi -
10 Avqust, 2010
“İnsan resurslarının idarəedilməsi, funksiyaları və digər departamentlərlə əlaqəsi” mövzusunda təlim



