ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Bərdə şəhərində məktəblilər arasında Səhiyyə mövzusunda regional festival keçirilmişdir

Şrift ölçüsü: Decrease font Enlarge font
Bərdə şəhərində məktəblilər arasında Səhiyyə mövzusunda regional festival keçirilmişdir

Bərdə şəhəri – 17 Mart 2010-cu il. Böyük Britaniyanın Oxfam Beynəlxalq Təşkilatının, Avropa Birliyinin və Midikor Fondunn dəstəyi ilə Aran Humanitar Regional İnkişaf Təşkilatı (Aran HRİT) 17 mart 2010-cu ildə Bərdə şəhərində səhiyyə mövzusuna həsr olunmuş regional festival (bilik yarışı) keçirmişdir.

Festival Aran HRİT-in  və Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinin birgə həyata keçirdiyi “Sağlam icmaların inkişafı” layihəsi çərçivəsində reallaşmışdır. Festivalın keçirilməsində məqsəd məktəblilər arasında səhiyyənin vacib mövzuları, o cümlədən ilkin səhiyyə və sağlamlıq haqqında bilikləri inkişaf etdirməkdir. Festivalda layihənin həyata keçirildiyi Bərdə, Tərtər, Oğuz, Goranboy, Yevlax və Ağdam rayonlarının 41 icmalarının məktəbliləri (9, 10 və 11-ci sinif şagirdləri) iştirak etmişdir. Ümumilikdə səhiyyə festivalında 200-ə yaxın məktəbli iştirak etmişdir. Səhiyyə festivalında Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyasının və Gənclərin İntellektual İnkişafı Mərkəzinin təşkil etdiyi səhiyyə mövzusuna həsr olunmuş Xəmsə Milli İntellektual Oyunu keçirilmişdir.

 

Festivalı giriş sözü ilə açan Aran HRİT-in İcraçı Direktoru Rauf Əliyev festivalın keçirilməsinin əhəmiyyəti haqqında danışaraq bildirmişdir ki, tədbir Oxfam, Avropa Birliyi və Medikorun maliyyə dəstəyi ilə həyata keçirilən Sağlam İcmaların İnkişafı layihəsi çərçivəsində reallaşmışdır. O adı çəkilən layihə haqqında məlumat verərək bildirmişdir ki, layihənin məqsədi 41 icmada ilkin səhiyyə xidmətlərinə çıxışı yaxşılaşdırmaq və əhalinin ilkin səhiyyə biliklərini artırılmaqdır. Tədbirin məqsədinə toxunaraq o bildirmişdir ki, festival gənclərin ilkin tibbi biliklər, sağlam yaşamaq və digər ilkin səhiyyə mövzularında biliklərini artıracaq və onların öz sağlamlıqlarının qayğısına daha məsuliyyətlə yanaşmalarını təşviq edəcəkdir.

 

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Bərdə rayon şöbəsinin rəisi Anar Şahbazov çıxış edərək bildirmişdir ki, bu tip tədbirlər gənclərin intellektual biliklərinin artırılmasına böyük töhvə verir. O, eyni zamanda belə tədbirlərin ölkədə həyata keçirilən inkişaf proqramlarına son dərəcə yardımçı olduğunu vurğulamışdır.

 

 

Əlavə məlumat əldə etmək üçün Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Elsevər Məmmədovla əlaqə saxlaya bilərsiniz:

Tel: 055 882 74 40; 050 250 85 96; 012 428 89 47; Email: office@ahd.az

Bu məqaləni qiymətləndirin:
6.00
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944