Dəyirmi masa
Səhiyyənin İnkişafına Dəstək İB (SİD İB) İlkin Səhiyyə Xidmətləri səviyyəsində İcma Əsaslı Səhiyyənin Maliyyələşdirilməsi Modelinin ətraflı təsirləri haqqında Regional Maarifləndirmə və İctimai Vəkilliyə dair Bərdə şəhərində tədbir keçirmişdir.
Tədbirdə Bərdə və Yevlax rayonlarının icra hakimiyyəti, Mərkəzi Rayon Xəstəxanası, Rayon Təhsil Şöbəsi və hədəf icmaların nümayəndələri iştirak etmişdir.
Dəyirmi masa SİD İB-nin Oxfam beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə digər yerli tərəfdaş təşkilat olan Aran Humanitar Regional İnkişaf Təşkilatı ilə birlikdə həyata keçirdiyi “Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı” layihəsi çərçivəsində reallaşmışdır. Dəyirmi masanın keçirilməsində məqsəd adı çəkilən layihə üzrə görülən işlər və onların əhəmiyyəti barədə yerli ictimaiyyəti və əlaqədar təşkilatları məlumatlandırmaq, onların mümkün rolunu müzakirə etməkdir.
Tədbiri giriş sözü ilə açan SİD İB-nin direktoru Mətləb Verdiyev “Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı” layihəsi haqqında qısa məlumat verərək bildirmişdir ki, layihə Bərdə, Yevlax, Oğuz, Tərtər, Goranboy, Ağdam rayonlarının 41 icmasını əhatə edir. O, vurğulamışdır ki, layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin İlkin Səhiyyə Xidmətləri (İSX) səviyyəsində tibbi xidmətlərə daha səmərəli çıxışının təmin olunmasıdır.
M. Verdiyev layihənin əsas tərkib hissəsi olan İcma Əsaslı İlkin Səhiyyə Xidmətlərinə Dəstək Modeli (İƏİSXDM) haqqında danışmış və bildirmişdir ki, Model ucqar icmalarda yaşayan əhalinin ilkin səhiyyə xidmətlərindən istifadəyə dair qərar qəbulu proseslərində iştirak etmək, münasib və keyfiyyətli xidmətlər əldə etmək imkanlarını artırır. O, eyni zamanda SİD İB-nin layihə çərçivəsində əsas fəaliyyəti İƏİSXDM-in təbliği və ictimai vəkilliyinin həyata keçirilməsi, İSX səviyyəsində fəaliyyət göstərən tibb işçilərinin bacarıqlarının artırılması üçün müvafiq təlimlərin aparılması və əhalinin maarifləndirilməsi istiqamətində təlim materiallarının hazırlanmasından ibarət olduğunu vurğulamışdır.
M. Verdiyev İƏİSXDM-in əsas komponenti olan İcma Əsaslı Tibbi Sığorta (İƏTS) haqqında məlumat verərək bildirmişdir ki, İƏTS az gəlirli və xüsusilə də rayon və ya şəhər mərkəzlərindən uzaqda yaşayan əhalinin səhiyyə xidmətlərinə çıxışının yaxşılaşdırılmasına kömək edir. O, icma üzvlərinin könüllü olaraq İƏTS sxeminə üzv olmasını və xəstələndikdə İƏİSXDM çərçivəsində pulsuz tibbi xidmət və dərmanlarla təmin olunduğunu söyləmişdir: “Müəyyən müddət hədəf icmalarda dərmanlarla təminat layihə çərçivəsində maliyyələşdirilir, üzvlük haqqından yığılan pullar isə icmanın iştirakı ilə Səhiyyə Komitələri Forumunun (SKF) bank hesabında toplanır və bu vəsait gələcəkdə icmanın sağlamlıqla bağlı problemlərinin həllinə sərf olunacaq”.
Daha sonra Aran təşkilatının İcraçı Direktoru Rauf Əliyev çıxış etmişdir. O, Aranın “Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı” layihəsi çərçivəsində gördüyü işlər haqqında məlumat verərək bildirmişdir ki, Aran icmalarda səhiyyə maarifi işlərinin aparılması, tibb məntəqələrinin dərmanla təchizatı, ölüm və xəstəliklərə aid statistikanın toplanılması, həkim briqadalarının icmalara aylıq səfərlərinin təşkili, tibb məntəqələrinin təmiri, bərpası, tikintisi, məntəqə və icmanın içməli su təminatı, məktəblərdə səhiyyə maarifi işlərinə dəstək kimi bir sıra fəaliyyətlərin icrasını təmin etmişdir.
Dəyirmi masanın digər iştirakçıları – İcra Hakimiyyəti, Mərkəzi Rayon Xəstəxanası, Rayon Təhsil Şöbəsi və hədəf icmaların nümayəndələri də müzakirələrə qoşulmuş, öz rəy və fikirlərini bölüşmüşdülər
Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyi (SİD İB) təlim, texniki yardım və tədqiqatlar vasitəsilə insanların, icmaların və qurumların inkişaf məqsədlərinə nail olmaları üçün onların bacarıqlarının artırılmasına xidmət edən, gəlir gətirməyən qeyri-hökumət təşkilatıdır.
Əlavə məlumat əldə etmək üçün Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Elsevər Məmmədovla əlaqə saxlaya bilərsiniz:
Tel: 055 882 74 40; 050 250 85 96; 012 428 89 47; Email: office@ahd.az
-
09 Sentyabr, 2010
Vakansiya - Şifahi Tərcüməçilər -
09 Sentyabr, 2010
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətliliyi Hesabatı 2010-2011 nəşri elan edilmişdir -
09 Sentyabr, 2010
İngilis dili – Amerikalı müəllimlə -
08 Sentyabr, 2010
Yay Mədəniyyət Proqramı -
Seminar - Təhsil Kreditləri
-
07 Sentyabr, 2010
“AtaSığorta” ASC-nin portfelində tibbi sığortanın çəkisi artır -
07 Sentyabr, 2010
“Mənim ən yaxşı səyahət şəklim” müsabiqəsinin qalibini seçiblər -
07 Sentyabr, 2010
Avropa Tələbələr Birliyinin nümayəndələri görüş keçirildi -
07 Sentyabr, 2010
“Yay Kamp” uğurla reallaşdı -
06 Sentyabr, 2010
Arıqlama seminarı -
06 Sentyabr, 2010
Mühəndislik və Fizika Elmi Sahəsində Təqaüdlər -
06 Sentyabr, 2010
Aleksandr Humboldt Fondunun İqlim Mühafizəsi Beynəlxalq Təqaüdləri -
06 Sentyabr, 2010
2-ci Beynəlxalq Forum -
06 Sentyabr, 2010
Start to Business - Biznes fəaliyyətinə başlamaq -
06 Sentyabr, 2010
Ümumi İngilis dili kursları -
06 Sentyabr, 2010
“Sağlam Düşüncə” Gənclər Təşkilatında sədr dəyişdi -
04 Sentyabr, 2010
Könüllülər Proqramı -
03 Sentyabr, 2010
MI Karyera Mərkəzi -
03 Sentyabr, 2010
Gənc Mühasiblər Birliyinin kursları yenidən başladı -
03 Sentyabr, 2010
Dillər Universtitetində iki yeni ixtisas açıldı -
02 Sentyabr, 2010
Uşaqların psixoloji diaqnostikası -
02 Sentyabr, 2010
İspan dili kursu -
02 Sentyabr, 2010
Vakansiya - Müəllim -
Ən Yaxşı Səyahət Statusunu Yaz və bmi-dan Londona bilet qazan!
-
01 Sentyabr, 2010
British Council-ın Fəal Vətəndaşlar Proqramına indi müraciət edin -
01 Sentyabr, 2010
Mədəniyyətşünaslıqda Yeni İstiqamətlər Konfransı -
01 Sentyabr, 2010
“Hüquq Təşəbbüsləri Mərkəzi” İctimai Birliyi -
01 Sentyabr, 2010
Qol güləşi idman növü üzrə turnir -
01 Sentyabr, 2010
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilir -
01 Sentyabr, 2010
İçməli su təchizatının problemlərini araşdırmaq üçün maraqlı tərəflər bir araya gəldi -
31 Avqust, 2010
Hüquqi məsləhət -
31 Avqust, 2010
Vakansiya - Turizim şirkətində -
31 Avqust, 2010
Qadın Elmi İşçilər üçün Campbell Təqaüdü -
31 Avqust, 2010
“QHT Məktəbi” payız təlimlərinə başlayır -
31 Avqust, 2010
“Bir Dünya Min Millət" layihəsi -
30 Avqust, 2010
2011 Sasakava Mükafatı -
30 Avqust, 2010
“Yaşıl Həftə” adlı ekoloji-maarifləndirici kampaniya -
30 Avqust, 2010
NATO ilə əməkdaşlıq layihəsi -
30 Avqust, 2010
"Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” adlı Qrant layihəsi -
29 Avqust, 2010
“Ehtiyyatların idarə edilməsi və nəzarəti” mövzusunda təlim -
28 Avqust, 2010
Bloqçuların və Yeni Media Mütəxəssislərinin I Forumu -
28 Avqust, 2010
FLEX Proqramı -
28 Avqust, 2010
Bakıda korrupsiyaya qarşı mübarizə üzrə regional treninq keçirilib -
27 Avqust, 2010
İngilis dili müəllimləri üçün onlayn kurs (ETTO) -
27 Avqust, 2010
Vakansiyalar -
26 Avqust, 2010
Tender - Mingəçevir və yaxın regionda yerləşən məcburi köçkün məktəblərinin şagirdlərini məktəb ləvazimatları ilə təmin etmək -
26 Avqust, 2010
SİD İB-nin "Vərəm, Mrv və Vərəm/Hiv ilə Xəstə olan Qaçqın və Məcburi Köçkünlər Arasında Tədqiqat" layihəsi -
26 Avqust, 2010
«Tovuz rayonu Girzan kəndində Həkim Məntəqəsinin tikintisi» layihəsi -
25 Avqust, 2010
Qadın Xoşbəxtliyi seminarı -
25 Avqust, 2010
Open Society Fellowship Proqramı -
25 Avqust, 2010
Qiymətli kağızlar hüququ: İqtisadi əsaslar, qanunvericilik və beynəlxalq təcrübə mövzusunda bir günlük təlim -
25 Avqust, 2010
QHT-lərin PR Strategiyasının gücləndirilməsi təlimi -
24 Avqust, 2010
Gənclər Təqaüdü Kampaniyası -
24 Avqust, 2010
Lifelong Learning Magistr Təqaüdləri -
24 Avqust, 2010
Peşə sənətinə sahib olmuş məzun-gənclər Biznes qurmağa həvəslidirlər -
24 Avqust, 2010
"Qida təhlükəsizliyi idarəetmə sisteminin yaradılması və tətbiqinə praktiki yanaşma” mövzusunda təlim -
23 Avqust, 2010
AEGEE Training Camp -
23 Avqust, 2010
“Strateji Planlaşdırma” seminarı -
23 Avqust, 2010
Humanitar və Riyaziyyat elmləri Magistri Proqramı -
23 Avqust, 2010
Aerodalğalar: Avropada rəqs layihəsi -
1111- ci xəbərimiz
-
23 Avqust, 2010
Vakansiya - Viza assistenti və tərcüməçi -
23 Avqust, 2010
New Europe Kolleci Fellowship proqramı -
21 Avqust, 2010
Vakansiyalar - Siyasi İşçi, Mühafizəçi (qadın) -
21 Avqust, 2010
“Şimal Regionunda Turizmin İnkişafının Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi” adlı layihə -
21 Avqust, 2010
Psixoloji Təkmilləşmə Kursu -
21 Avqust, 2010
“Qəbələ” Futbol Klubu futbol azarkeşləri üçün keçirilən müsabiqənin nəticələri -
20 Avqust, 2010
“RESURS” Gənclərin İnkişafı İctimai Birliyi -
19 Avqust, 2010
Parlamentdə arzu olunan 10 gənc -
19 Avqust, 2010
Sosial Yeniliklər Düşərgəsi



