Dəyirmi masa
Səhiyyənin İnkişafına Dəstək İB (SİD İB) İlkin Səhiyyə Xidmətləri səviyyəsində İcma Əsaslı Səhiyyənin Maliyyələşdirilməsi Modelinin ətraflı təsirləri haqqında Regional Maarifləndirmə və İctimai Vəkilliyə dair Bərdə şəhərində tədbir keçirmişdir.
Tədbirdə Bərdə və Yevlax rayonlarının icra hakimiyyəti, Mərkəzi Rayon Xəstəxanası, Rayon Təhsil Şöbəsi və hədəf icmaların nümayəndələri iştirak etmişdir.
Dəyirmi masa SİD İB-nin Oxfam beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə digər yerli tərəfdaş təşkilat olan Aran Humanitar Regional İnkişaf Təşkilatı ilə birlikdə həyata keçirdiyi “Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı” layihəsi çərçivəsində reallaşmışdır. Dəyirmi masanın keçirilməsində məqsəd adı çəkilən layihə üzrə görülən işlər və onların əhəmiyyəti barədə yerli ictimaiyyəti və əlaqədar təşkilatları məlumatlandırmaq, onların mümkün rolunu müzakirə etməkdir.
Tədbiri giriş sözü ilə açan SİD İB-nin direktoru Mətləb Verdiyev “Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı” layihəsi haqqında qısa məlumat verərək bildirmişdir ki, layihə Bərdə, Yevlax, Oğuz, Tərtər, Goranboy, Ağdam rayonlarının 41 icmasını əhatə edir. O, vurğulamışdır ki, layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin İlkin Səhiyyə Xidmətləri (İSX) səviyyəsində tibbi xidmətlərə daha səmərəli çıxışının təmin olunmasıdır.
M. Verdiyev layihənin əsas tərkib hissəsi olan İcma Əsaslı İlkin Səhiyyə Xidmətlərinə Dəstək Modeli (İƏİSXDM) haqqında danışmış və bildirmişdir ki, Model ucqar icmalarda yaşayan əhalinin ilkin səhiyyə xidmətlərindən istifadəyə dair qərar qəbulu proseslərində iştirak etmək, münasib və keyfiyyətli xidmətlər əldə etmək imkanlarını artırır. O, eyni zamanda SİD İB-nin layihə çərçivəsində əsas fəaliyyəti İƏİSXDM-in təbliği və ictimai vəkilliyinin həyata keçirilməsi, İSX səviyyəsində fəaliyyət göstərən tibb işçilərinin bacarıqlarının artırılması üçün müvafiq təlimlərin aparılması və əhalinin maarifləndirilməsi istiqamətində təlim materiallarının hazırlanmasından ibarət olduğunu vurğulamışdır.
M. Verdiyev İƏİSXDM-in əsas komponenti olan İcma Əsaslı Tibbi Sığorta (İƏTS) haqqında məlumat verərək bildirmişdir ki, İƏTS az gəlirli və xüsusilə də rayon və ya şəhər mərkəzlərindən uzaqda yaşayan əhalinin səhiyyə xidmətlərinə çıxışının yaxşılaşdırılmasına kömək edir. O, icma üzvlərinin könüllü olaraq İƏTS sxeminə üzv olmasını və xəstələndikdə İƏİSXDM çərçivəsində pulsuz tibbi xidmət və dərmanlarla təmin olunduğunu söyləmişdir: “Müəyyən müddət hədəf icmalarda dərmanlarla təminat layihə çərçivəsində maliyyələşdirilir, üzvlük haqqından yığılan pullar isə icmanın iştirakı ilə Səhiyyə Komitələri Forumunun (SKF) bank hesabında toplanır və bu vəsait gələcəkdə icmanın sağlamlıqla bağlı problemlərinin həllinə sərf olunacaq”.
Daha sonra Aran təşkilatının İcraçı Direktoru Rauf Əliyev çıxış etmişdir. O, Aranın “Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı” layihəsi çərçivəsində gördüyü işlər haqqında məlumat verərək bildirmişdir ki, Aran icmalarda səhiyyə maarifi işlərinin aparılması, tibb məntəqələrinin dərmanla təchizatı, ölüm və xəstəliklərə aid statistikanın toplanılması, həkim briqadalarının icmalara aylıq səfərlərinin təşkili, tibb məntəqələrinin təmiri, bərpası, tikintisi, məntəqə və icmanın içməli su təminatı, məktəblərdə səhiyyə maarifi işlərinə dəstək kimi bir sıra fəaliyyətlərin icrasını təmin etmişdir.
Dəyirmi masanın digər iştirakçıları – İcra Hakimiyyəti, Mərkəzi Rayon Xəstəxanası, Rayon Təhsil Şöbəsi və hədəf icmaların nümayəndələri də müzakirələrə qoşulmuş, öz rəy və fikirlərini bölüşmüşdülər
Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyi (SİD İB) təlim, texniki yardım və tədqiqatlar vasitəsilə insanların, icmaların və qurumların inkişaf məqsədlərinə nail olmaları üçün onların bacarıqlarının artırılmasına xidmət edən, gəlir gətirməyən qeyri-hökumət təşkilatıdır.
Əlavə məlumat əldə etmək üçün Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Elsevər Məmmədovla əlaqə saxlaya bilərsiniz:
Tel: 055 882 74 40; 050 250 85 96; 012 428 89 47; Email: office@ahd.az
-
30 İyul, 2010
“Bədən dili” adlı silsilə təlimlər -
30 İyul, 2010
Qrant Müsabiqəsi - İnsan Hüquqları Müdafiəçilərinə dəstək -
30 İyul, 2010
Qrant müsabiqəsi - Uşaq əməyinə qarşı mübarizə -
30 İyul, 2010
“Ədalətli məhkəmə araşdırması hüququ” mövzusunda iki günlük təlim -
30 İyul, 2010
Bələdiyyələrin iştirakıyla təlim -
30 İyul, 2010
Pestalozzi Programı -
29 İyul, 2010
QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi -
29 İyul, 2010
“Avropa vətəndaşlığı filmlər vasitəsi ilə” qısametrajlı filmlər nümayişi -
29 İyul, 2010
“İnsan Hüquqlarının Tədrisi kontekstində Cinsi Bərabərlik” mövzusunda təlim kursu -
28 İyul, 2010
Wood Walk Summer Camp -
28 İyul, 2010
Vakansiyalar - DVV International təşkilatında -
28 İyul, 2010
Vakansiya elanı - Regional Uşaq Hərəkatı Proqram Meneceri -
28 İyul, 2010
“Marketinqin tarixi inkişafı və müştəri məmnunluğu yanaşması” təlimi -
27 İyul, 2010
Sahibkarlar üçün İqtisadiyyat və Biznes portalı -
27 İyul, 2010
Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu -
27 İyul, 2010
Vestminster Təhsil Təqaüdləri -
27 İyul, 2010
Turizm sahəsində ICE təqaüdləri -
26 İyul, 2010
Vakansiya - Marketinq üzrə baş mütəxəssis -
26 İyul, 2010
“Vətənpərvər kimdir?” sorğusunun nəticələri açıqlandı -
26 İyul, 2010
2011 ci il üçün Magistr və PhD Simantek Təqaüdləri -
26 İyul, 2010
Statistik aparatların öyrənilməsi və bioinformatika sahəsində PhD təqaüdü -
26 İyul, 2010
Açıq qapı günü -
24 İyul, 2010
QHT-lərdə PR və İctimaiyyətlə əlaqələr haqqında təlim -
24 İyul, 2010
İspan dili kursları -
24 İyul, 2010
Vakansiyalar - Oxfam təşkilatında -
23 İyul, 2010
Tələbə və Magistr təhsili üçün Təqaüdlər - Yunanıstan -
23 İyul, 2010
Kompyüter Elmləri Sahəsində PhD təqaüdü -
23 İyul, 2010
Şərqi Aralıq Universitetində təhsil -
23 İyul, 2010
Ssenari Müsabiqəsi (mükafat 10000 avro) -
23 İyul, 2010
Beynəlxalq Matsumal Təqaüdü -
23 İyul, 2010
QHT-lərin nəzərinə! -
22 İyul, 2010
Yeddinci Zaqreb Kinofestivalı -
22 İyul, 2010
Tender - Nəqliyyat vasitələrinin alınması -
Elmin İnkişaf Fondu - Qrant elanı
-
22 İyul, 2010
3D Dizayn və Animasiya kursları -
22 İyul, 2010
Müsabiqə - Süd Toplama Məntəqələrinin yaradılması -
21 İyul, 2010
Futbol azarkeşləri üçün Onlayn Müsabiqə -
21 İyul, 2010
“Odlar Yurdu Azərbaycan“ Dil Kursu Yay Universiteti 2010 -
21 İyul, 2010
Vakansiya - Qadın məsələləri üzrə mütəxəssis -
21 İyul, 2010
“Bağça və Məktəblərə Uşaqların Psixoloji Hazırlığı və Adaptasiyası adlı” proqram -
20 İyul, 2010
“Uğur psixologiyası” təlimi -
20 İyul, 2010
SOCAR Yay Məktəbi -
20 İyul, 2010
Vakansiya - Dizayner -
19 İyul, 2010
ISO 9001 açıq təlimi -
19 İyul, 2010
“Fəal Vətəndaşlar” proqramı -
17 İyul, 2010
Vakansiya - Proqram koordinatoru -
16 İyul, 2010
İxtisaslaşmış Fransız dili kursları -
15 İyul, 2010
“İnsan alverinə qarşı mübarizə sahəsində yerli təlimçilərin hazırlanması” təlimi -
15 İyul, 2010
Vakansiya - Konsultant treynerlər -
14 İyul, 2010
« Valideyn övlad münasibətləri » seminar -
14 İyul, 2010
Vakansiya - Hüquqşünas və Psixoloq -
14 İyul, 2010
Vakansiyalar - DVV International təşkilatının COPE layihəsində -
14 İyul, 2010
Vakansiya - Müştərilərlə İş üzrə Koordinator -
14 İyul, 2010
Fransız dili kursları -
14 İyul, 2010
“Ümumi Keyfiyyət İdarəetməsi və keyfiyyət yanaşmaları” mövzusunda təlim -
13 İyul, 2010
Liderlik üzrə Beynəlxalq Yay Məktəbi -
12 İyul, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
12 İyul, 2010
Yunanıstan Respublikasının 2010-2011-ci tədris ili üçün təqaüd proqramı -
12 İyul, 2010
Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatmışdır -
10 İyul, 2010
Quba Təhsil Turu -
09 İyul, 2010
Ümumi İngilis dili kursları -
09 İyul, 2010
Dinc Yanaşı Yaşama üçün Gənclərin Həmrəyliyi -
09 İyul, 2010
"European citizenship through film making" layihəsi -
09 İyul, 2010
Müsabiqə -
08 İyul, 2010
Fulbrayt Ali Məktəb Müəllimləri üçün İnkişaf Proqramı -
Layihələrinin Maliyyələşdirilməsi ilə bağlı yeni Müsabiqə
-
07 İyul, 2010
Xarici Ölkələrdə Təhsil üzrə Dövlət Proqramı (son tarix) -
07 İyul, 2010
Psixoloji Təkmilləşmə Kursu -
06 İyul, 2010
“İnsan Hüquqlarının Tədrisi kontekstində Cinsi Bərabərlik” mövzusunda təlim kursu -
06 İyul, 2010
" Konflikt - Daxili Siyasi Mübarizələrdə Alət kimi:Post-Sovet Məkanında böhranlar" konfransı



