ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

"Sosial Reklam" müsabiqəsi yekunlaşdı

Şrift ölçüsü: Decrease font Enlarge font
"Sosial Reklam" müsabiqəsi yekunlaşdı

Resurs.Az saytının elan etdiyi “Sosial Reklam” müsabiqəsi artıq yekunlaşdı. Təqdim olunmuş ssenarilər qiymətləndirilmiş və müsabiqənin şərtlərinə uyğun olaraq 3 ən yaxşı ssenari müəllifi seçilmişdir.

Müsabiqəyə Narkomaniyaya,  QİÇS - ə, siqaretə və zərərli vərdişlərə qarşı mübarizə, ekoloji təmizlik, qida təhlükəsizliyi, kitabla maariflən, qan ver – yaşat, qlobal istiləşmə və digər mövzular üzrə 20 – dən çox ssenari təqdim olunmuşdur. Təqdim olunmuş ssenarilər qiymətləndirilmiş və müsabiqənin şərtlərinə uyğun olaraq 3 ən yaxşı ssenari müəllifi seçilmişdir. Bildiyiniz kimi müsabiqənin ilkin qaydalarında dəyişikliklər olunaraq qaliblər üçün pul mükafatı da təsis edilmişdir.

Qalib gəlmiş ssenari müəllifləri müsabiqənin yekunuyla bağlı təqdimata dəvət olunmuş, diplom və pul mükafatı ilə təltif edilmişdir.

Sosial Reklam müsabiqəsində qalib gəlmiş ssenari müəllifləri və ssenariləri:

1-ci yer: Baba Mikayılov – Qida təhlükəsizliyi

2-ci yer: Vüqar Səfərov – Siqaret aludəçiliyinə qarşı

3-cü yer: Ruslan Bayramov – Ekoloji təmizlik

Müsabiqə nəticəsində seçilmiş 3 qalibin ssenarisi üzrə hazırlanmış flaş çarxlar saytın sağ tərəfindəki reklam bannerləri sırasında tezliklə pulsuz olaraq yerləşdiriləcəkdir.

Bu müsabiqənin yekunu ilə əlaqədar bütün sualları info@resurs.az  elektron ünvanına göndərin. Xahiş olunur müsabiqə ilə əlaqədar sualları telefonla ünvanlamayasınız.

Resurs.Az

 

Bu məqaləni qiymətləndirin:
7.60
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944