ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Tələbələr kultoroloji layihəyə start verib

Şrift ölçüsü: Decrease font Enlarge font
Tələbələr kultoroloji layihəyə start verib

Azərbaycan Tələbələr Birliyi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kultorologiya fakültəsinin tələbələri birgə kultoroloji layihəyə start vermişdir. Layihənin əsas məqsədi tələbələrin gündəlik həyatındakı mədəni tələbatlarını ödəməkdə onlara kömək etməkdir.

Layihənin başlanğıc mərhələsi  olaraq muzeylərə səfərlər təşkil edilir. Tələbələrin muzeylərə cəlbi zamanı muzeyşünaslıq ixtisası ilə bağlı təhsil alan  tələbələrin bilik və potensiallarından istifadə edilməsi layihənin vəzifələrindən biridir. Layihə çərçivəsində artıq Üzeyir Hacıbəyovun Ev Muzeyi və Cəlil Məmmədquluzadənin Ev Muzeyinə səfərlər təşkil edilmişdir. Muzeyə getməklə tələbələr həm görərək, həm də eşidərək Azərbaycanın zəngin mədəniyyət və incəsənətini daha dərindən öyrənmək imkanı əldə edirlər.

Kultoroloji layihənin çərçivəsində müxtəlif vaxtlarda muzeylərlə yanaşı abidələrə ziyarət, sərgilər, müsabiqələr və görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Layihə müddətsiz olaraq ATB tərəfindən başlanılmışdır. Əsas prinsipi “maraqlan və maraqlandır” olan layihəyə istənilən tələbə qoşula bilər. Layihənin digər bir özəlliyi də odur ki, layihənin icrası dövründə tələbələrin təşəbbüsləri və yeni ideyaları qiymətləndirilərək dəstəklənir.

Bu məqaləni qiymətləndirin:
6.50
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944