ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

GMB maliyyə hesabatlarının düzgün tərtibi istiqamətində QHT-lərə dəstəyini davam etdirir

Şrift ölçüsü: Decrease font Enlarge font
GMB maliyyə hesabatlarının düzgün tərtibi istiqamətində QHT-lərə dəstəyini davam etdirir

Gənc Mühasiblər Birliyi qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına keçidlə bağlı təlimləri həyata keçirir. Bu təlim kursunda qeyri-hökumət təşkilatlarında çalışan mühasiblər iştirak edir.

Eyni zamanda, QHT-lər üçün Milli Mühasibat Uçotu Standartının bölgələr üzrə Tövsiyyə və Şərhləri hazırlanmışdır. Hazırlanmış Tövsiyyə və Şərhlərin təsdiqi üçün artıq Maliyyə Nazirliyinə rəsmi müraciət olunmuş və müsbət rəy alınmışdır. Bununla yanaşı, Gənc Mühasiblər Birliyi Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına keçidlə bağlı maliyyə hesabatlarının hazırlanması və təqdim olunması qeyri-hökumət təşkilatlarının nümayəndələrinə mütəmadi məsləhətlər verir və müzakirələr aparır.

Bundan başqa, onu da qeyd etmək istəyirik ki, Gənc Mühasiblər Birliyi mövcud problemi ictimaiyyətin müzakirəsinə çıxartmaq üçün layihə çərçivəsində ANS televiziyasında “İqtisadi forum” verlişinin “QHT-lərdə Milli Mühasibat Uçotu Standartına keçid” mövzusuna həsr olunmasını xahiş etmişdir. Verilişin çəkilişi  10 fevral tarixində həyata keçirilmiş, 13 fevral tarixində ANS televiziyasında yayınlanmışdır. Verlişdə Milli Mühasibat Uçotu Standartlarının hazırlanma, qeyri hökumət təşkilatlarının maliyyə hesabatlarının tərtib edilmə qaydaları və s. məsələlər müzakirə olunmuşdur.

Bu mövzunun aktuallığını nəzərə alaraq Gənc Mühasiblər Birliyi mövzunun müzakirəsi üçün növbəti dəfə İctimai Televiziyaya müraciət etmiş və qarşı tərəfdən müsbət rəy almışdır. Belə ki, 5 mart tarixində İctimai televiziyanın “Işgüzar zaman” verlişi “QHT-lərdə Milli Mühasibat Uçotu Standartına keçid” mövzusuna həsr olunacaq.

Qeyd etmək istəyirik ki, verlişin çəkilişi 5 mart tarixində saat 13:30-da İctimai televiziyada olacaq. Bu çəkilişdə aidiyyatı dövlət strukturlarından ekspertlər, o cümlədən, aparıcı QHT-lərin məsul şəxsləri də iştirak edəcəklər. 

Verlişdə iştirak etmək, müzkirələrə qoşulmaq istəyənlər Gənc Mühasiblər Birliyinə müraciət edə bilərlər.

 

 

Bakı şəhəri, Z.Əliyeva küç. 20

 Tel: +994 12 511 06 11 

Email: office@gmb.org.az 

Web: www.gmb.org.az

Bu məqaləni qiymətləndirin:
9.00
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944