ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

“Qış Kamp” uğurla reallaşdı

Şrift ölçüsü: Decrease font Enlarge font
“Qış Kamp” uğurla reallaşdı

"Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin kimsəsiz uşağlar üçün təşkil etdiyi "Qış kamp" başa çatıb. 7 gün ərzində 30 əlil və kimsəsiz uşaq üçün İsmayıllı rayonunda qış düşərgəsi təşkil edildi.

İsmayıllı rayonunda Olimpiya Kompleksində təşkil olunanub. Təşkilatın rəhbəri Zərifə Quliyeva deyib ki - Qış kamp"ın keçirməkdə məqsəd uşaqları əyləndirməklə yanaşı, onları maarifləndirmək, sosial mühitə adaptasiyasına yardım etmək olub: "7 gün ərzində 30 əlil və kimsəsiz uşaq üçün İsmayıllı rayonunda qış düşərgəsi təşkil etdik.  Uşaqlar orada qaldıqları günlər ərzində İsmayıllı rayon İcra Hakimiyyətinin, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həmin rayonun tarixi abidələrini ziyarət ediblər. Heydər Əliyev adına Mərkəzi gəzmək isə uşaqlar üçün xüsusi maraq kəsb etdi.Eksuriyyaların maraqlı olanlardan biri də Talıstan kəndi olub, orada uşaqlar Cavanşir qalası ilə tanış olublar.  Kamp çərçivəsində uşaqlara sanitar gigeyenik normalar, cinsi tərbiyə, AİDS, insan temperamentləri; internet və informasiya texnologiyaları, CV və motivasiya məktubunu hazırlamaq bacarıqları, işə düzəlmə, müsahibələrdə iştirak və karyera mövzularında təlimlər keçirilib. Bununla yanaşı, uşaqlar üçün: Dünya musiqisi, kinosu, və ədəbiyyatı kimi günlər keçirilmişdir. Uşaqları ziyarət etmək üçün bir neçə mütəxəssislərdə dəvət edilmişdir: “Cinema” Mərkəzindən Fehruz Şamıyev uşaqlara maraqlı dünya kinosu haqqında təlim keçirdi, təlimin sonunda filmə baxıldı. Əlavə olaraq hər axşam uşaqlar üçün əyləncəli party-ler keçirilirdi:  Party-Face grim, kino ulduzları, Disco Party . Sevgilillər gününə həsr edilmiş “Sevgi Party” bütün uşaqların simpatiyasın qazanmışdır. Qeyd edək ki, bu layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də "Mənim balam" jurnalı ilə birgə reallaşdırılıb.Əlaqə üçün Quliyeva Zərifə(sədr) 050 380 70 75, 012 530 26 41

Bu məqaləni qiymətləndirin:
6.50
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944