ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Daş, Kağız, Qayçı - British Council-ın incəsənət kolleksiyasından əsərlərinin sərgisi

Şrift ölçüsü: Decrease font Enlarge font
Daş, Kağız, Qayçı - British Council-ın incəsənət kolleksiyasından əsərlərinin sərgisi

British Council Rəssamlıq Akademiyası ilə birgə müasir Britaniya incəsənət əsərləri ilə maraqlanan hər kəsə unikal imkan yaradır. 20-28 fevral 2010 tarixlərində British Council-ın zəngin və mükəmməl incəsənət kolleksiyasından əsərləri Rəssamlıq Akademiyasında təqdim edəcəyik.

Daş, Kağız, Qayçı 1950-ci ildən başlayaraq bu günə qədər British Council Kolleksiyasında olan heykəltəraşların işlərinin sərgisi adlanır.

Bu sərginin məqsədi nədir?

Daş, Kağız, Qayçı sərgisinin məqsədi rəssamların iki və üç ölçü arasında qarşılıqlı təsirin necə yaranmasını, həmçinin çap olunan materialların təqdim etdiyi imkanları tədqiq etməkdir. Bu, ottisklərin nəinki heykəltəraşlıq işlərinin yaradılmasında istifadəsini, həmçinin onların orijinal əsərlərə istinad etməsini göstərir.

Sərgidə bəzi zəngin ottisk əsərlərinin ilk dəfə nümayişi ilə yanaşı Henri Murun 1984-cü ildə British Council-ın 50-ci il dönümü münasibətilə təqdim etdiyi qrafik işinin gözəl nümunələrinə də rast gəlmək olar. Sərgiyə gələn qonaqlar Dəmian Hirst, Treysi Emin, Aniş Kapur, Mayk Nelson, Anya Qalasio kimi Böyük Britaniyanın aparıcı rəssamlarının müasir əsərləri ilə yanaşı Eduardo Paolozzi və Vilyam Törnbul kimi rəssamların bu sahədə navator işləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Adı çəkilənlər arasında dünya şöhrətliləri olanlar və digərlərinin beynəlxalq səviyyədə tanınmağa ehtiyacı olanlar da var, lakin onların hamısı Britaniya incəsənət tarixində öz imzalarını qoymuş sənətkarlardır.

Sərginin rəsmi açılış günü 22 fevral 2010-cu il saat 12:00-da Rəssamlıq Akademiyasında keçiriləcəkdir.

Bu məqaləni qiymətləndirin:
9.00
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944