22.02.2012 | Baxış sayı: 135
"Demokratik İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən Dağlıq Qarabağın işğalı nəticəsində erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş amansızlıqlar barədə qısametrajlı film sabah ictimaiyyətə təqdim olunacaq. Bu barədə məlumat verən layihənin rəhbəri Vüsalə Hüseynli bildirib ki, film Xocalı faciəsinin 20 illiyinə həsr olunaraq, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi əsasında "Qarabağ həqiqətləri: "Kimdir günahkar?" layihəsi çərçivəsində hazırlanıb.
"Qarabağ həqiqətləri barədə saysız-hesabsız film çəkilsə də, ancaq bu faciələrdə zərər çəkmiş, dünyasını dəyişmiş, şikəst qalmış uşaqlarla bağlı xüsusi yanaşma olmayıb. Qısametrajlı sənədli filmdə biz Qarabağın işğalı nəticəsində Xocalı, Qaradağlı və digər faciələrdə amansızcasına qətlə yetirilmiş günahsız uşaqlarla bağlı dünya ictimaiyyətinə müraciət ermişik. Bu müraciətlə dünyaya, beynəlxalq təşkilatlara bir daha çatdırmaq istəmişik ki, artıq ikili standartlardan əl çəkməli, yalan, uydurma erməni obrazını qorumaqdan çəkinməlidirlər".
V.Hüseynlinin sözlərinə görə, ən azı beynəlxalq təşkilatlar dünya dövlətlərinə ratifikasiya üçün ünvanladıqları konvensiya, insan hüquqları, uşaq hüquqları ilə bağlı sənədlərə özləri hörmət göstərməli və cinayətkara qarşı sərt cəza tədbirləri irəli sürməlidirlər ki, sonra bunu başqasından tələb edə bilsinlər.
Layihə rəhbərinin fikrincə ingilis dilində hazırlanan film erməni yalanlarının alt-üst edilməsi və dünya ictimaiyyətini fakt qarşısında qoymaq istiqamətində uğurlu addım olacaq. Qeyd edək ki, filminsəyə gəlməsində "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliynin, ARGTMŞ və "Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təşkilatı dəstəyi olub.
Paylashmaq