16.02.2012 | Baxış sayı: 186
15 fevral, 2011-ci il, Bakı şəhəri
Azərbaycan Uşaqlar Birliyi tərəfindən 15 fevral 2012-ci il tarixdə "Caspian Plaza" Biznes Mərkəzinin konfrans zalında "Deməyə sözümüz var" Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsinə həsr olunmuş Mətbuat konfransı təşkil olunmuşdur.
Layihə haqqında məlumat verən koordinator Fuad Dərgahlı bildirdi ki, Konfransın keçirilməsində məqsəd İREX Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən "Deməyə sözümüz var" yeni media layihəsinin ictimaiyyətə təqdim olunması idi. Mətbuat konfransında millət vəkilləri, dövlət orqanlarınının, beynəlxalq təşkilatların və QHT-lərin rəsmi nümayəndələrinin iştirak etmişdir. Layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artıqmaq və onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökümət təşkilatlarına çatdırmağa kömək etməkdir. Layihə "Gəncliyin Şöləsi" Gənclərin inkişafı İctimai Birliyi, "Gələcəyə Körpü" İctimai Birliyi və "Dünyaya Pəncərə" Biləsuvar Gənclər Təşkilatı ilə birgə həyata keçirilir.
"Deməyə sözümüz var" layihəsi çərçivəsində 01-07 Aprel 2012-ci il tarixlərədə Bakı şəhərində "Yeni Media və Foto jurnalistika" mövzusunda təlim kursu keçirməyi planlaşdırır. Təlimdən sonra 2012-ci ilin sentyabr və oktyabr aylarında iştirakçılar Bakı, Gəncə və Biləsuvar regionlarına səfər edəcəklər və onların çəkdikləri şəkillər sosial şəbəkələrdə, digər yeni mediya vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaqdır. Həmçinin uşaq və gənclərin çəkdikləri şəkillər layihə çərçivəsində təşkil olunacaq sərgilərdə nümayiş olunacaqdır.
Konfrans zamanı Azərbaycan Uşaqlar Birliyinin 20 illik fəaliyyəti dövründə onun inkişafına dəstək olan aşağıdakı təşkilatlar və ictimai xadimlər fəxri diplomlarla mükafatlandırmışdır:
• ABŞ-ın Azərbaycandakı Səfirliyi,
• Save the Children (Uşaqların Xilası) beynəlxalq təşkilatı,
• Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu,
• Beynəlxalq Miqrasiya Təşkilatı,
• Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi
• Cənab Kristofer Jones - ABŞ-ın Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşaviri
• Gülər xanım Əhmədova – Millət Vəkili, Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri
Tədbirdə yerli və beynəlxalq təşkilatlar, dövlət strukturlarının nümayəndəlri çıxış etmiş, layihənin vacibliyin vurğulamış, bildirmişlər ki, uşaqların bütün sahələdə iştirakçılığının önəmini xüsusi bildirmişlər.
Layihə haqqında daha ətraflı məlumat almaq üçün Azərbaycam Uşaqlar Birliyinin əməkdaşları ilə əlaqə saxlaya bilərsiniz (E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ; Tel.: 012 511 34 09).
Azərbaycan Uşaqlar Birliyi Mətbuat xidməti
Paylashmaq