AZƏRBAYCAN MƏKTƏBLİLƏRİ MAKEDONİYADA

01.02.2012  |   Baxış sayı: 193

makedoniya

2012-ci il 23-27 yanvar tarixlərində Norveç Təbiəti Mühafizə Cəmiyyətinin maliyyə dəstəyi və Azərbaycan Gənclər İttifaqı tərəfindən icra edilən SPARE "Enerjiyə qənaət" Beynəlxalq Məktəbli proqramı çərçivəsində Zəkalar Litseynin şagirdi Roza Səfixanlı, Dədə Qorqud Litseyinin şagirdi Rüfət Dərgahli, Araz Ekologiya Litseyinin şagirdi Nərmin Məmmədova, Bakı Türk Litseynin şagirdi Aytəkin Fuad və 284 saylı Biləcəri orta məktəbinin müəllimi Sevinc Abbasova Makedoniya Respublikasında təcrübə mübadiləsi xarakterli səfərdə olmuşdur.

Qrup səfər ərəfəsində Korçaqin adına uşaq bağçasında, Kojevski adına orta məktəbdə, Skopie şəhər bələdiyyəsində, Sentar Opştinasında (direktor Derjan Antiç), Ekologiya Nazirliyi, BMT İnkişaf Programının İqlim Dəyişikliyi Layihəsinin meneceri c-b İlya Sazdovski, Qlobal Ekologiya Fondunun Makedoniya üzrə milli koordinatoru c-b Zlatko Samarçiyev, SEPROSARD kənd təsərrüfatı layihələri mərkəzinin direkoru Qabriela Mişevskaya və s. ilə görüşlər keçirmişdir.

Azərbaycan nümayəndə heyəti Makedoniya məktəbliləri ilə görüşlər zamanı ölkəmizin tarixi, coğrafiyası, milli mətbəxi, iqtisadi əlaqələri, habelə işğal altında olan ərazilərimiz və Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişlər. Həmçinin Makedoniya məktəbliləri ilə keçirilən xüsusi göruşdə Azərbaycanın təhsil sistemi, Avroviziya 2012 beynəlxalq musiqi yarışmasına sahiblik etməsinə dair çoxsaylı sualları cavabvlandirmiş və fikir mübadiləsi aparmişlar. Keçirilən görüşlər zamanı nazirlik, bələdiyyə, məktəb, uşaq bağcası rəhbərləri Azərbaycanla daha sıx əlaqələrin qurulması, məktəbli mübadilə proqramlarının davamlı olması, ekoloji maarifçilik və alternativ enerji mənbələrində səmərəli istifadə istifadə üzrə tədris materiallarının mübadiləsi, Makedoniya məktəblilərinin Azərbaycana səfər arzusunda olmaları, habelə birlikdə Ekoloji festivallar, rəsm yarışmaları, yay məktəbli düşərgələrinin həyata keçirmə imkanlarının olduğunu vurğulamışlar.

Azərbaycan nümayəndə heyətinin gəlişi Makedoniya mətbuatında operativ olaraq işıqlandırılmişdı.

Paylashmaq