01.02.2012 | Baxış sayı: 153
AtaBank" ASC kredit məhsullarının şərtlərini yüngülləşdirib və müddətini artırıb. Bank 60 ay müddətinə sərfəli faiz dərəcəsi və minimal sənəd toplusu ilə yeni kredit məhsullarını təklif edir. Müştərilər yeni "Ekspress kredit", "Universal kredit", "Faizsiz kredit" adlı kredit məhsulları və kredit kartları ilə bankdan qeyd olunan şərtlərlə kredit götürə bilələr.
Kreditlərin alınması üçün müştərilər bankın regionlarda olan "Xaçmaz", "Sumqayıt", "Şirvan", "Lənkəran", "Göyçay", "Yevlax", "Mingəçevir", "Gəncə", "Naftalan" və 12 şəhər filial və şöbələrinə müraciət edə bilərlər.
"AtaBank" ASC müştəri məmnunluğunu artırmaq məqsədilə 2012-ci il də bu istiqamətdə işləri davam etdiriləcəkdir.
Qeyd edək ki, 2011-ci ilin axırına bankın xalis aktivləri 231 016,16 min manat, depozit portfeli 195 158,8 min manat, kredit portfeli isə 146 704,2 min manat təşkil etmişdir.
Paylashmaq